Sizi və yaradıcı kollektivinizi Milli Mətbuatımızın 145 illiyi və “Dodo” qəzetinin 3 yaşının tamam olması  münasibətilə şəxsim və “Yayım” Assosiasiyası kollektivi adından ürəkdən təbrik edirəm.

“Dodo” qəzeti elə bir zərurətdən yarandı ki, ölkədə qaraguruhçu qüvvələr azsaylı xalqların adından istifadə etməklə vətənimizdə  qarşıdurma yaratmağa cəht edirdilər. Məhz Sizin və rəhbərlik etdiyiniz “Dodo” qəzetinin sayəsində sübut olundu  ki, Azərbaycanda yaşayan azsaylı xalqlar azad və sərbəstdirlər, oz ana dillərində danışmağa, kitab və elmi əsərlər yazmağa, şer və digər yaradıcılıqla məşqul olmalarına heç bir maneə yoxdur. Azərbaycanımızın bu günü və gələcək  inkişafı üçün bu mühüm amildir.

Bir daha Sizi və kollektivinizi hər iki bayram münasibətilə ürəkdən təbrik edirem,  gələcək fəaliyyətinizdə uğurlar arzulayıram.

Hörmətlə:

Yaşar Zeynalov

Yayım Assosiasiyasının prezidenti.