Məmmədov Zaur Mais oğlu 10.05.1977- ci ildə Lənkəran rayonunun  Şilavar kəndində anadan olmuşdur. Lənkəran şəhər  5 sayli orta məktəbini bitirdikdən sonra, Kənd Təsarrüfatı Texnikumunun İqtisadiyyat fakültəsinə daxil olub. Hərbi xidmətdən sonra Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman akademyasına daxil olmuşdur. Zaur hələ orta məktəbdə oxuyarkən idmanın karate növü ilə məşqul olub,  güləş növünə maraq göstərib. 1994-1996 –ci illərdə Respublika çempionu olub.

      Məmmədov 2000 – ci ildə Rusyanın Yekatirinburq şəhərindəki Uralmaş Sambo yiğma komandasına qatılır 6 il yığma komandanın tərkibində ciddi təlimlərini davam etdirir. O, eyni zamanda bir neçə döyüş və güləş növlərində (MMA,Sambo, Sambo döyüşü və Greppling ) Azərbaycan, İtalya, Ukrayna, Türkiyə, Rusya,  Belarusyada peşakar döyüşlərinin qalibi olmuş, ümümlikdə 22 dəfə Azərbaycan, 4 dəfə Avropa, 7dəfə dünya çempionu titulunu qazanmışdır. Azərbaycanın əməkdar məşqçisi və Azərbaycanın idman ustasıdir. Hal-hazırda Azərbaycanın 2 idman federasyasının baş məşqçisidir. Lənkəran Dövlət Üniverstedinin məşqçi müəllimi, eyni zamanda Lənkəranın cüdo komandasının məşqçisidir.  Tələbələri arasında Azərbaycan, Avropa, Dünya çempionları vardır.

    Lənkəran Dövlət Universitetinin məşqçi müəllimi, Respublikanın  əməkdar məşqçisi, dəfələrlə respublika, çoxlu tələbələri də vardır ki onlar dünya, avropa, avroasiya, zona və azərbaycan çempionları, dünya avropa kubokunun qalibiyyətlərini qazabmışlar. Kamil idmançı, təcrübəli mütəxəssis, peşəkar məşqçi olan Zaur müəllimi çalışdığı kollektivdə hamı sevir-idmanı sevən də, sevməyən də. Həmişə gülərüz, hamıya diqqətli, işinə qəlbən bağlı olan Zaur müəllimə LDU ailəsi də diqqətlidir. Universitetin rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov başda olmaqla bütün kollektiv Zaur müəllimi sevir və onun universitetə daim qızıl medullar gətirməsi və Universitetin adını uca tutmasına görə onu “Qızıl” oğlan adlandırılar və onu bütün kollektiv ürəkdən sevir.

       “DODO” qəzetinin redaksiya heyyəti idmançı qardaşımızın bütün uğurlarına görə alqışlayır və ürəkdən təbrik edir. Qoy uğurlarınız tükənməz olsun qardaş!