O, NKVD ilə gizli əməkdaşlığa razı olmadığı üçün dəfələrlə azyaşlı oğlu ilə birlikdə sürgün edilir.
Bu sürgün onun ailə üzvlərindən də yan keçmir.
Sürgündə olarkən baş vermiş zəlzələdən təsadüf nəticəsində sağ çıxan,
Əfqanıstan şahının qızıl saat bağışladığı xanəndə Cahan Talışinskaya.
O, həm də bir çox xalq mahnılarımızın ilk tədqiqatçısı və ifaçısıdır.
NKVD ilə əməkdaşlığı rədd etdiyi üçün övladı ilə iki dəfə sürgün edilən, uzun illər Azərbaycana həsrət qalan Müğənni Cahan Talışinskaya 1909-cu ildə Lənkaranda anadanolub. Atası Mir Rzaxan Talışinski, Anası isə Səməd Bəy Mehmandarovun bacısı Məryəm Mehmandarovadır. 9 yaşı olanda ailəsi Bakıya köçür. Azərbaycan qızlar Seminaryasına daxil olan Cahan musiqi və vokal ilə maraqlanır, piano və tarda gözəl ifa edirdi. 1927-ci ildə Bakı radio şəbəkəsində işə daxil olur. 1928-ci ildə oğlu Nazim dünyaya gəlir. O doğulana kimi Cahan xanımla həyat yoldaşı Məhəmməd Hacıbəyov ayrılmışdı. Cahan oğlunu tək böyüdür. Sonra döblət estaradasının, 1934-cü ildən filarmoniyanın solisti olub. Onun ifa etdiyi “Şahnaz”, “Segah”, “Bayati-Şiraz” muğamları, eləcədə Qarabağ şikəstəsi” tamaşaçılar tərəfindən hər zaman gurultulu alqışlarla qarşılanırdı. Amma Cahan Talışinskayanın şah əsəri “Qatar” muğamı idi. 30-cu illərin əvvələrində Əfqanıstan Şahı Əmənulla-Xan Bakıya gəlir onun şərəfinə verilən konsertə Cahan xanım da dəvət olunur. Şahın xanımı Cahan Talışinskayaya qızıl qol saatı hədiyyə edir. Saatın arxasında “Cahan Talışinskaya Əmənulla-Xandan” szöləri yazılmışdır. Ertəsi gün Cahan xanım NİVD-yə çağrılır və saata görə sorğu-sual edilir. Cahan Talışinskaya həm də bir çox xalq mahnısının ilk ifaçısıdır. Müğənninin oğlu əməkdar memar Nazim Hacıbəyov: “Anam bu mahnıları ucqar rayonlarda çay qırağında paltar yuyan qadınlrdan eşidərkən qələmə alıb” Bu mahnılara “ Qubanın ağ alması”.” Ay lolo”, “Dəli ceyran”, “Uca dağlar” daxildir. 1937-ci ildə ona NKVD ilə gizli əməkdaşlıq təklif edilir. Cahan xanım razlı olmur, buna görə də onun adını 1938-ci ildə Moskvada keçiriləcək Azərbaycan İncəsənəti ongünlüyündə iştirak edəcək sənətçilərin siyahısından çıxarırlar. Bacısı Sitarənin əri Rzaqqulu Nəsəfov “Xaql düşməni” adı altında güllələnir, bacısı isə Qazaxstana sürgün edilir. Digər bacısı Bilqeysin də həyat yoldaşı sürgün olunur. Bacıların ailəsinə də Cahan xanım himayədarlıq edir. 1942-ci ildə Cahan xanım da 14 yaşlı oğlu ilə birlidə “Xalq düşməni” adı ilə Qazaxstana sürgün edilir. Sürgündə olanda aclıq çəkdikləri üçün Əfqanstan şahının ona hədiyyə etdiyi saatı satır. Ona Özbəkstana köçməyə icazə verilir. Yolda Cahan xanımın bütün əşyaları oğurlanır. Daşkənddə şəhər filarmoniyasında solist kimi işə düzəlir. 1944-cü ildə SSRİ xalq komissarlığı nəzdində musiqi idarələri rəhbəri Surinin təyinatı ilə Tiflisə incəsənət işləri üzrə idarəyə gəlir. Cahan xanım Tiflisdə azərbaycan teatrının səhnəsinə qayıdır.
Bir müddət sponra müğənninin yenidən sürgün məsələsi qaldırılsa da, bu dəfə xilas ola bilir. Bir müddət sonra Bakıya qayıdır. Şəmsi Bədəlbəyli onu musiqili komediya teatırına dəvət edir və Cahan bir oğaqlı mənzillə təmin edilir. 1949-cu ildə Cahan Talışinskaya oğlu iləə yenidən Daşkəsənə sürgün edilir. Stalinin ölmündən sonra onlara bəraət veilsə də Cahan xanım Bakıya qayıtmır və Daşkənddə qalır. 1966-cı ildə Daşkənddə baş verən zəlzələ zamanı Cahan xanımın yaşadığı ev də dağılır təsadüf nəticəsində sağ qalan xanəndə Bakıya köçür.
Uzun illər vətənindən ayrı qalan Cahan Talışinskaya Bakıya qayıtdıqdan bir il sinara iflisdən dünyasını dəyişir.
Daşkənddə dövlət teleradiosunun arxivində Cahan xanımın konsertinin yeganə videoyazısı qorunub saxlanılır.