Nənənin gül bağçasında

İki bülbül balası var.

Nənənin can yuvasında

İki can aşinası var:

Əsmər üzlü, mavi gözlü.

Səhər Günəş nur saçanda,

Bağ-bağçalar gül açanda,

Cəh-cəh vurub oxuyurlar,

Güllər kimi qoxuyurlar.

Nənə qurban, nənə qurban.

 

O gün ki gəldilər bizə,

Nur saçıldı qəlbimizə.

Ürəklərə fərəh gəldi,

Ruhumuzda can dincəldi.

Nənə qurban, nənə qurban.

 

Biri əsmər üzlü nəvəm,

Biri mavi gözlü nəvəm,

Biri Mehdi, biri Əli,

Hər biri bir Vətən oğlu!

Qəlbləri baharla dolu!

Zema Şəfa

Masallı, Mahmudavar