Bu
dəfə “DODO” qəzetlərini oxucularıma apardığım zaman iki şəhid ailəsini ziyarət edə bildim. İkisidə Vətən uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuşdular. Lənkaran Dövlət Universitetinin Prorektoru Kazımov Kamran müəllimgildə olduq. Kazımov Kamran Şahverən oğlu 1961-ci il mart ayının 8-də Lənkəran rayonunun Yuxarı Nüvədi kəndində anadan olub. 1994-cü ildə M.F.Axundov adına Rus dili və ədəbiyyatı İnstitutunu (indiki BSU) fərqlənmə diplomu ilə bitirib. Xarici ölkə ədəbiyyatı üzrə mütəxəssisdir. Üç monoqrafiya, 8 proqram, 6 metodik vəsait, 60-dan çox elmi məqalənin müəllifidir. Onun elmi əsərləri Respublikanın və Rusiya, Polşa, Amerika, Çexiya, Gürcüstan kimi xarici ölkələrin elmi jurnallarında dərc olunub. O, Polşanın Poznan şəhərində, Özbəkistanın Səmərqənd şəhərində, Rusiyanın Kursk Dövlət Texniki Universitetində, Həştərxan Dövlət Universitetində, Volqoqrad Dövlət Universitetində, Moskva Dövlət Pedaqoji Universitetində keçirilən beynəlxalq elmi konfranslarda məruzələrlə çıxış edib, Polşanın Lodz, Böyük Britaniyanın Esseks Universitetlərində, Rumıniyanın İasse şəhərində Aleksandru İoan Kuze Universitetində treninqlərdə iştirak edib, Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndə heyəti tərkibində Türkiyə Cümhuriyyətinin təhsil sisteminin öyrənilməsi sahəsində Ankaranın TODAİE İnstitutunda keçirilən seminarda Lənkəran Dövlət Universitetini təmsil etmiş və sertifikata layiq görülüb.

Kamran müəllimin yeganə oğlu Vüsal Kazımov Şəhidlik zirvəsinə ucalmışdı. Düzü mənə çox ağır idi Kamran müəllimlə üzüzə otutub ona təskinlik vermək. Çünki bala itkisinin dadını bilirəm. Xanımı ilə də tanış oldum. Ürəyimdəki sızltıların hələdə keçmədiyindən danışdım. Bala dağı silinməz bir dərddir. Hansıkı mən 12 ildir bunu yaşayıram. Amma biz ayaq üstə dqayanmalıyıq, çünki şəhidlərimizdən bizlərə onların gül qoxulu balalrı əmanət qalıb. Bizim haqqımız yox geriye baxmağa! Vüsldan da iki qız balası əmanətdir Kamran müəllimə… 10 aylıq qızının gözünə baxmağa belə adam ehtiyat edir.. İlahi Azərbaycanımz bu son 30 ili qan gölünə dönüb sanki. Nə qədər bu davam edəcək… Əziz dostlarım və oxucularım bacardığınız qədər şəhid ayilələrin ziyarət edin bir müddətə qədər ki, onlar bərpa olunsunlar. Bəli mən bu cavan bala itkisini yaşamışam. “VAXT MÜALİCƏ EDİR”. Qoy bir müddət keçsin… Amma Vüsal haqda danışanları dinlədikcə ürəyim parça parça olurdu… Düzü Kamran müəllimlə Dodo TV üçün müsahibəni sonraya saxladıq.. Qoy Kamran müəllim bir azda özünə gəlsin. Sonra öz fikrilərini Vüsal barədə xatirələrin lentə xatirə olaraq yaddaşlarda həkk olunması üçün müsahibə alarıq dedim. Çox heyf ki Vüsalı sağlığında tanımamışam. Bu gənc yaşında bu qədər hörmət qazanmaq onun ailə tərbiyyəsindən daxili aləminin zəngilinyindən xəbər verir. Sağollaşıb üz tutduq Vüsalın özünü ziyarət etməyə… Bu soyuq qəbirsanlıqlar…. Cavanlarımızı udan qəbirsanlıqlar…
Adəti üzrə dua edib rəhmət oxuyub, oranı tərk etdim beləliklə yola düşdüm Lənkarandan Astara. Allah şəhidlərimizə rəhmət eləsin. Qəbrləri nurla dolsun. Kamran müəllimə və ailəsinə səbr diləyirəm. Amin.



и ещё 4
