Şəhidlər qanıyla zəfər qazandı
Fikir məni boğur, dərd məni boğur,
Nə qədər doğmalar, dostlar itirdim.
Ağlama, xeyri yox, ha cığır, bağır,
Özümü də son mənzilə yetirdim.
Çalışıb yaxşılıq eylədim bir vaxt ,
Günahım olubsa, bağışla , Allah!
Hər kəsə yazılıb bir qismət, bir baxt ,
Məni qəbul eylə , bağışla, Allah!
Bir az da möhlət ver, arzuma çatım,
Yığım balaları doğma yurduma,
Ata məzarını dolanıb yatım,
Rəbbim! güc , qüvvət ver şanlı orduma.
Heyran oldum düşüncənə, ağlına,
$uşadan yüksələn bil ki, Azandı,
Borcluyam Niyazın şəhid oğluna,
Şəhidlər qanıyla Zəfər qazandı.
03 01 2021
Vətən nəğməsini oxuyan zaman ,
Nələr düşünürdün görən Xudayar ?
Sənin avazını esidən o an,
Azad oldu yurdum, o doğma diyar .
Ayaq saxla dayan, yoldan ötənim,
Xudayar səsini dinləyən şahid !
Qucaq açdı sənə doğma vətənim,
Agdamsız doğulub böyüyən şəhid!
Dayanıb səcdə qıl, şəhid önündə,
Ruhu asimandan boylanan şəhid!
Diz cökdüm qarşında , torpaq önündə,
Hər əmrə müntəzir dayanan şəhid!
Başını uca tut, qürurlu ana.
Xudayar nəğməsi döndü dastana.
Səsin gur yayıldı doğma cahana ,
Sən şərəf gətirdin Azərbaycana ,
Sən şərəf gətirdin Azərbaycana .
02.01.2021.