Elvin İsmayılov 31 mart 1992 ci ildə Bakıda anadan olub. Atası Lerikin Murya kəndindən anası isə qonşu Laman kəndindəndir.

2012-ci ildə xəstəliyi aşkarlanıb, o gündən elə bu xəstəliyi ilə mücadilə edir.

Xəstəliyinin adı “Miopatiya” 8 ildi ki, Elvin bu xəstəliyə düçar olub.

İsmailov Elvinin özünə seçdiyi ləqəb Dardin (dərdli) deməkdir. Ona görə dardin ləqəbin seçib ki, öz dərdləri deyir onunla birgə öləcək və yox olacaq. Lakin öz doğma Talış dilinin yox olub ölmək astanasındadır deyə çox fikir edir. Millətin varlığını sübut edən varlığını göstərən onun ana dilidi. İstəmir ki, bu gözəl mülayim üzü yola saf millət öz dili ilə birlikdə yox olsun. Onun üçündə Talış dilində şeirlər yazır, video dərsliklər hazırlayır. Onunla görüşdə Elvin bildirdi ki, bir zərrədə qədər dilimin yaşadılmasında əziyyətim varsa nə xoş Mənim halıma.

Artıq 2 dəfədir ki “Dodo redaksiyası” Elvingildə oluruq. İlk dəfə gedəndə ona onun şeiri çıxdığı qəzetimizi hədiyyə etdik. Elvinlə yaxından tanış olmağıma çox sevindim. Onun gözəl ideyaları var. O əlil arabasında və ya divardan tuta-tuta gəzir buna baxmayaraq ondakı yaşamaq yaratmaq eşqi-həvəsi məni heyran etdi. 2020-ci ilin noyabr və dekabr aylarının qəzetləri ona hediyyə edəndə onu dodo redaksiyasına etdiyyi hədiyyə məni daha da qürurlandırdı. O bu halı ilə Dodo redaksiyasına mikrafon üçün 1 ədəd ştativ və 1 ədəd də intervyu götürən zaman yaxaya taxmaq üçün mikrafon hədiyyə etdi.

Ona texniki səbələrdən köməyə ehtiyacım olduqda ona müraciət edirəm və Elvin dərhal onun öhdəsində məharətlə gəlir. Son videoların hazırlanmasında  DodoTV çox yaxşı kömkliklər edir. Elvin hal hazırda anası ilə yaşayır. Atası bu yaxın illərdə maşınla yol qəzasında  həyatın dəyişib. Bacısı ailəlidir. Yeganə köməyi anasıdır.

Biləndəki onun haqda yazı hazırlayacam dedi: Dodo mənim kimsəni köməyinə ehtiyacım yox, çünki mənim dərdim sağalmazdır. O səbədən kimsənin bunu bilməsini istəmirəm. Onun bu sözləri mənə çox təsir etdi. Amma mən onunla rarzılaşa bilmirəm Allah böyükdür düşünürəm ki “Miopatiya” xəstəliyinin ola bilməz müalicəsi olmasın. Odur üzümü tuturam xeyirxah insanlara əgər belə bir xəstəliyin müalicəsi varsa  xahiş edirəm bizim redaksiya ilə əlaqə saxlayın.

Elvinə isə Allahdan möcüzəli şəfa diləyirəm.