Afət İsmayılova ilə tanışlığım  çox ürək ağrıdan bir hadisə ilə bağlıdır. Düzü bu xanımdakı ürəyə çox heyra

nam. Əlimdə olan materialları da özü mənə yollayıb. Onu yaxından tanımasaydım düşünərdim ki kimsə yenə özünü reklam edir. Bir gün mənə feyzbokda yazdılar ki nömrəni ver sənə zəng edirəm. Bu xanım İzraildə olmasından da xəbərsiz idim. Qızım Leyla yenicə rəhmətə getmişdi… Bu barədə xəbər Feybokda getdimişdi deyə Afət də oxuyubmuş. Bundan çox narahat olduğundan mənlə danışmağı qərara alır. Artıq 12 ildir ki Afət mənimlə əlaqə saxlayır. Hətta qızımın 40-da da ordan zəng edib mənə mənəvi dayaq olmuşdur. Sonra həmən yay B

akıya gələndə gəlib məni tapdı və bir yerdə vaxt keçirtdik. O zaman çox yaralı idim mənə onun dəstəyi çox kömək etdi ayaqlarım üstə dayanmağa… Ara-sıra əlaqə qururuq. İki qız balası var. Hal hazırda ikisidə universitetdə oxuyurlar. Afət öz halal zəhməti ilə övladlarını böyüdüb və oxutdurur. Bu gözəl ürəyə malik olan Afət bacım da elə əslən bizim Xan Lənkarandandır. Bizim  bir zonadan olmağımız elə bizim bir-birimizə sığ bağlanmağımıza bir səbəb idi.

        Bu gün oxudum: ” Müstəqil.Az xəbər verir ki, uzun illərdir İsraildə yaşayan azərbaycanlı xeyriyyəçi xanım İsmayılova Afət Sənham qızı Afrikada, Çad respublikasının bir bölgəsinə öz şəxsi vəsaiti hesabına su  çəkdirib.

Afət xanımın verdiyi məlumata görə o, uzun zamandır “İraq Türkmənləri Ədalət Yardımlaşma Dərnəyinin” üzvüdür və zaman – zaman əlindən gəldiyi qədər ehtiyacı olan insanlara yardım etməyi özünə borc bilir.

İnşa edilmiş kiçik su quyusunun üstünə vurulan lövhə isə diqqətçəkici və qürurvericidir :

“Su quyusu projesi  Cənub bölgəsinin şəhidlərinin xatirəsinə Afət İsmayılov tərəfindən inşa edilmişdir…”

Əslən Azərbaycanın cənub mirvarisi sayılan Lənkərandan olan Afət İsmayılovanın İkinci Vətən Müharibəsi zamanı qəhrəmancasına vuruşmuş igid oğullarımızın xatirəsini uzaq, susuz Afrikada əbədiləşdirməsi tədqirəlayiqdir…

Hər zaman halal zəhməti ilə çörəyini qazanan və qazancını ehtiyacı olanlarla bölməkdən çəkinməyən  bu zəhmətkeş xanımı ölkəmizdə də tanısınlar, istədim. Dünyamızın, insanlarımızın abad və sağlam gələcəyi üçün hər kəs bir çiçək, bir ağac belə əksə bəşəriyyət xəstəliklərdən, bəlalardan uzaq olar, düşünürəm… Dünya cənnətə dönər.”

        Afət İsmayılova ilə söhbətdə onu da öyrənə bildim ki o hətta orada 5 qız uşağını da öz şəxsi maliyyəsi hesabına oxutdurur. Bu sözü isə sanki maqqaşla ondan qopara bildim. Söhbət əsasında onu da bildirdi ki İradə bacı qohumumuz bu informasiyanı paylaşıb, amma mən belə şeyləri çox etmişəm deməyə belə utanıram. Sağ əlin etdiyini sol əl bilməməlidir deyə vurğuladı. Mən də qohumun düzgün etdiyini bildirdim, çünki belə işlərdən  çox insanlar məlumatlanır və onlar da belə yaxşı əməllərdən özləri üçün ibrət götürürlər.

     Düşünürəm Afətin yanında çoxlu sayda Azərbaycanımızdan olan bacı qardaşlarımız var. Kaşkı Afətdə olan mərhəmətdən onlarda da heç olmasa 5% olardı. Afət İsmayılovaya isə onu arzulaya bilərəm ki qoy hər əkdiyi toxum onun həyatınd 30-60-100 qat bəhrə versin. Ana yurdumuz Azərbaycanımızın adını daima uca tutduğun üçün uca olasan bacım!