2017-ci ilin İyul ayınıdan “DODO” qəzetini ayda bir dəfə olmaqla çap edirəm. Hal hazırda Azərbaycan nəşriyyatında da 8 mərtəbədə müqavilə ilə redaksiya kirayə otaq götürmüşəm. Mətbuatda durum həddindən artıq pis vəziyyətdədir. Sadəcə bu Ata TV-də olan danışıqları izləyin. Bizim “DODO” qəzeti artıq 4 yaşını yaşayır. Burda adnışan jurnalistləri dinlədikcə düşünürsən ki bu qədər qələm sahibləri gör nə qədər haqsızlıqlarla üzləşıblər ki hərə öz abırına qısılıb susub. Durumu məmləkətdə yaşan bütün vətəndaşlar izliyirlər. Amma Azərbaycanda yaşayan xalqlara isə xüsusi maliyyə ayrılması da bəllidir. Sual olunur bu pullar hara gedir??? Özüm də cavab verim.. hara gedəcək o biri pulların yanına. İllərin təcrübəli jurnalistlərinin üzbəüz qaldığı hadisələri dinlədikcə mat qalırsan!
Düşünürəm Azərbaycanda yaranan yeni mətbuat agentliyi Azərbaycanda yaşayan xalqlara həm otaq həm də maliyyə vəsaiti ayıracaq!