Aqroturizm – Lənkəran
Buludlar toplanıb Bakını yağmağa hazırlaşan iri yorğanla örtürdü. Bizə qalan Lənkəranın bizi bu tutqun və melanxolik atmosferdən qurtaracağına ümid etmək idi. Hər birimizin bu həftəsonu üçün böyük ümidləri var idi … Hər birimizin təmiz hava almağa ehtiyacı var idi. Qısası, əsl geri dönəcəyini bilən məktəblilər kimi fikrimizi yayındıracaq bir macəra axtarışdaydıq!
Planlaşdırıldığı kimi saat 8də, nizamlı bələdçilər kimi Sevinc və Serjin rəhbərliyi altında yola başladıq. Etməli olduğumuz tək şey özümüzü onların nəzarətinə buraxmaq idi!
“Çətin tapşırıq! ”
Ardımızca daha iki maşın gəlirdi. Bakı Frankofonları tərəfindən bu həftə sonu səyahəti elan olunan kimi 48 ərzində bütün yerlər rezervasiya olunmuşdu! Səyahət başlayar-başlamaz avtomobillərdən biri texniki nasazlıqla əlaqədar gecikəcəyini bildirdi
Narahatçılığa heç bir əsas yoxdur! Onlar ilk dayanacaqda bizə qoşulacaqdı və bələdçilərimizin yaratdığı xoş atmosferi poza bilməzdi.
Göy olan amma səmanın rəngini əks etdirən boz rəngli Xəzərin yanı ilə gedərək, sağda palçıq vulkanlarını keçdik.
Hacıoğlu restoranı: ilk dayanacaq və ilk (uzun seriyalı) çay dequstasiyası. Ancaq çayı boş içə bilməzsiniz… Mütləqdir ki, çay pendir, mürəbbə, quru meyvə, paxlava və təndir çörəyi ilə müşayiət olunsun. Yeməyimizi yedik …
Yolu davam etdikcə, hava yaxşılaşırdı və bitki örtüyü getdikcə zənginləşirdi. Lənkəranda çoxsaylı meyvə ağacları gözə dəyirdi: heyva , alma, xurma , kivi, naringi və qreypfrut. Bəzi ağacların meyvələrini müəyyənləşdirmək bizim üçün çətin olsa da, onların Azərbaycanın bu rütubətli və isti bölgəsində mövcudluğundan məlumatlı idik.
Kələ-kötür yolun sonunda, saat 12.30 radələrində Sitrus Vadisi təsərrüfatına gəldik, burada təsərrüfat sahibi və onun işçiləri tərəfindən çox mehriban qarşılandıq. Bol barlı meyvə ağacları ilə zəngin olan 18 hektarlıq təsərrüfatda yaxın vaxtlarda doldurulacağını gözləyən divarlara düzülmüş boş bankalar ilə bəzədilmiş bir otaqda gəlişimizə ləzətli yeməklərlə dolu bir masa hazırlanmışdı.
Burda nəyin dadına baxdıq ?
- toyuq ləvəngisi
- göyərtili və qozlu kükü
- Pomidor, xiyar və turp yanında da Azərbaycanda çox məşhur olan göy-göyərti (cəfəri, şüyüd, keşniş və tərxun)
- müxtəlif meyvə tutmaları (kivi, feyxoa, pomidor və s.)
- bağın təzə meyvələri.
- Bişmiş heyva
- Və əlbətdə ki, Qafqaz sakinlərinin qonaqpərvərliyinin əlaməti olan və bu diyarların qonaqpərvərliyini təsdiqləyən bir fincan çay!
Sonra bizə kiçik bir səbətlər verildi ki, birbaşa səliqəli düzlmüş və bol suvarılmış ağaclardan feyxoaları toplayaq. Bu arada ayaqlarımız ayaqqabılarımıza yapışmış palçıqlardan ağırlaşırdı . Cərgələnmiş feyxoa ağacları arasında “labirint oyunu” keçirmək üçün ideal bir yer kimi göründü.
Növbəti gəzinti üçün Serj bu barədə düşünə bilər, amma mənim kimi istiqamət tapmaqda çətinlik çəkənlər üçün dron planlaşdırmaq lazımdır!
Cəmi 18 kq feyxoa yığıldı; yerə düşmüş meyvələr onların yetişmiş olduğundan xəbər verirdi.
Ancaq diqqət yetirdik ki, hər bir feyxoa ağacında bolluca yetişmiş meyvələr vardı!
Daha sonra kiçik bir gölə doğru gəzinti təşkil edilmişdi, yol boyunca təsərrüfatın digər meyvə ağacları ilə tanış olduq.
Növbəti tapşırıq ayaqqabılarımızı təmizləmək idi, baxmayaraq ki Clémentin dönə-dönə sevimli ayaqqabılarımızı geyinməməyinizi məsləhət görmüşdü, xüsusilə də avtobus sürücümüz bu palçığa hazır deyildi!
Bu səbəbdən Xədicə hamımızın paxıllıqla baxdığımız gözəl ayaqqabılarını yuyub təmizləmək üçün bir xeyli vaxt sərf etdi! Mənim ayaqqabılarıma gəlincə, onlara da yazığım gəldi amma bu çətinlikdən də sağ çıxdılar.
Təsərrüfatdakı hazır məhsullardan alıb və bağ sahibi ilə vidalaşıb, çay bağlarına doğru üz tutduq.
Tutqun səma altında xətkeş kimi sıralanmış çay kolları arasında çay təsərrüfatı sahibinin verdiyi izahlar bizi heyrətləndirdi. Yalnız bir növ çay bitkisi olduğunu öyrəndik: bir bitki növündən toplanan və hazırlanan qara , yaşıl və ağ çaylar arasındakı fərq yığılmış yarpaqlarının oksidləşməsindən qaynaqlanırmış!
Bundan əlavə, əsasən qadınlar tərəfindən toplanan çayın keyfiyyəti yarpağın “cavanlığı” və oksidləşmə prosesinə uyğun olaraq dəyişirmiş.
İzahatların ardıyca çay dequstasiyası gəldi! Və bu da üçüncü!
Sonra “Gilan çayı” çay zavoduna getdik. Yerdə qurudulmağa buraxılmış çay yarpaqları vardı. Çay istehsalının bütün prosesləri ilə tanış olduq: qurutma, yuvarlama, buxarlanma, və yarpaqları çeşidləmə. Paket çayların keyfiyyətsiz və anti-oksidan xüsusiyyətə malik olmayan bir çay olduğunu bildirdilər
Təxmin edin fabrikdən çıxmazdan əvvəl nə etdik? Bəli, yenə də çay içdik!
Gün qaralır və gecə düşürdü, amma çayla maraqlanır və çayla təmin olunurduq, beləliklə Lənkəran Xan otelinə gəldik.
“Əgər bir gün bir oxucu olaraq Lənkərandan keçəcəksənsə və yatmaq lazımdırsa, yemək və istirahət üçün ora gedin! Çox orijinal və mənzərəli şəraitdən əlavə, dadlı yeməklər, ucuz pivə və şərabı olan, əlverişli məkandır ”.
Növbəti gün səhər yeməyi ilə başladı! İlk öncə, təndir ətrafına dəvət olunduq. Qəhvə sifarişimiz bir az səbr tələb edirdi, amma çay ölkəsində deyildikmi? Nəhayət verilən isti süd bizi xoşbəxt etdi.
Səhər 9: 30-da hamımız hazır idik ! 10 dəqiqə gec tərpənmiş avtomobil “Green East” düyü zavoduna gedən yolda səhv döndüyündən yolu 40 km əlavə geri dönməli oldu.
Məhz “Cenub-Aqro” düyü dəyirmanında bələdçimiz Serge kənd təsərrüfatı sahəsində bütün biliklərini nümayiş etdirdi! Sanki O Parisin 15-ci rayonunda düyü becərən maşınlarla, kombaynlarla birlikdə böyümüşdü. O vaxta qədər bütün bunların əllə edildiyini düşünürdük!
İlk öncə taxılların qurudulması və təmizlənməsi barədə məlumatlandıq. Samanlardan, daşlardan və tozdan ayırmaq üçün əvvəlcə ələkləndiyini, daha sonra isə qabığından ayrılması üçün maşından keçirildiyini öyrəndik.
Bu sarı dənələrin ağ dənələrə çevrilməsi taxılı sürtgəcdən keçirən və sonra cilalayan maşında baş verir. Beləliklə, ağ düyü əldə edirik. Sonda qablaşdırma baş verir…
Müasir düyü fabrikinə edilən bu ziyarətdən sonra sevimli Fərbiyyə müəllimənin etnik talış muzeyini ziyarət etmək üçün Kakalos kəndinə getdik. Nə qədər mənzərə dəyişikliyi, nə qədər orijinallıq! Fərbiyyə xanım talış olduğundan və tarixindən qürur duyduğu hiss olunurdu. Muzeydə qədim talış yaşayış evləri, geyimləri və onların adətlərini əks edən eksponatları, məsələn, talış xanımlarının cehizlərini daşıdığı sandıqları, maraqlı şəkilləri, kənd insanlarının əl işləri və ziyalılarını kəşf etməyimiz bizi heyrətləndirdi
Muzeyi ilə tanış etdikdən sonar, Fərbiyyə xanım bizi mövsümi meyvələrin də olduğu çay süfrəsinə dəvət etdi. Masa arxasında Fərbiyyə xanım keçmişdən yadigar qalan şagirdləri ilə birlikdə olan şəkillərini təqdim etdi.
Ənənəyə sadiq olaraq muzeyin həyətində eks-prezident Heydər Əliyevin büstü qarşısında qrupla birlikdə xatirə şəkli çəkdirdik.
Bənzərsiz və orijinal bir ziyarət! Yeri gəlmişkən Sevincə xüsusi təşəkkür etmək istərdim, əgər sən olmasaydın bu yeri heç tanımayacaqdıq.
Daha sonra, Talış dağları ilə Xəzər dənizi arasında yerləşən bölgədə yaşayan talışlarla daha da yaxından tanış olmaqdan ötrü yerli ailələrdən birində nahar etmək planlaşdırılmışdı. Oraya vaxtında çatıb ev sahibi Çingiz tərəfindən qəbul olunduq. Ayaqqabılarımızı çıxarıb, bizi qarşılamaq üçün əziyyət çəkmiş bütün qadınları salamladıqdan sonra sitrus bağçası olan mavi divarlı evdə isti bir otaqda masaya dəvət olunduq.
toyuq və balıq ləvəngisindən doyunca yedik, hər şey dadlı idi. Bakılılar mənə bu yeməyi dəfələrlə tərifləmişdilər. Talışlar da öz məharətlərini uğurla təqdim etdilər! Elə adamlar var ki, Lənkərana sırf toyuq ləvəngisini dadmaq üçün səyahət edir.
Dadlı yeməkdən sonra ləvənginin hazırlanması bizə nümayiş olundu.
Həyətdəki sitrus bağçasında gəzdik və əlində vedrə arxamızca su atmağa hazırlaşan ev sahibi ilə sağollaşıb çıxdıq! Talışlar qonaqlarına bu şəkildə təhlükəsiz səyahət arzulayırlarmış.
Xanbulan gölündə daha bir çay içmək üçün vaxtımız olmasa da, birbaşa Lənkəran Xan evinə və ya Tarix və Diyarşünaslıq Muzeyinə ziyarət etməyə getdik. Bu bina 1913-cü ildə Mirahmad Xanın istəyi ilə Fransız üslubunda inşa olunub. Kamin, güzgü və qəliblər pastel rənglərlə yenidən rənglənməsinə baxmayaraq qədimi idilər. Muzeyin kolleksiyasında olan sənətkarlıq və arxeoloji tapıntılar, Sovet dövrünün qəhrəmanları ilə tanış olduq.
“Serj, əgər burdan sağ salamat çıxmaq mümkün olacaqsa, oyunun ən çətin hissəsi yəgin ki, ora daxil olmaq olacaq elə deyilmi?” Talışların dini ayinlərində etdikləri kimi qalanın ətrafına bir neçə dəfə dönsəm də, giriş qapısı gözümə dəymədi.
Səyahətimizdən sonuncu xatirə şəkli Lənkəranın girəcəyində olan iri samovar qarşısında oldu.
Sonra 18-ci əsrdə tikilən, Stalinin də məhbus olduğu Lənkəran dairəvi qalasına ziyarət etdik. Təbiət qalanı zəbt etməklə onun dağıtmaq üzrə idi.
Serj bir oyun həvəskarı kimi, burada Labirint oyunlarını xəyal edirdi.
-
“Serj, əgər burdan sağ salamat çıxmaq mümkün olacaqsa, oyunun ən çətin hissəsi yəgin ki, ora daxil olmaq olacaq elə deyilmi?” Talışların dini ayinlərində etdikləri kimi qalanın ətrafına bir neçə dəfə dönsəm də, giriş qapısı gözümə dəymədi.
Tandır: Azərbaycanın bəzi yerlərində çörək bişirmək üçün istifadə olunan başqa şeylərdən istifadə olunan gildən hazırlanmış “soba”. Üst hissəsində diametri 55 sm, mərkəzi hissəsində 80 sm və hündürlüyü 1 metr olan kəsilmiş silindirdir. Qədim çörək bişirmə üsuludur, lakin müasir texnologiyanın meydana gəlməsinə baxmayaraq bu gün də geniş yayılmışdır. Həyat tərzi hərəkətsiz olduğu Neolitik dövrlərə təsadüf edir. Azərbaycanın bəzi rayonlarında təndir evlərə qoyulur və qışda otaq istiləşməsi üçün istifadə olunur
* heyva ağacı: heyva daşıyan ağac.
* xurma: xurma daşıyan ağac.
* aktinidiya: kivi verən ağac.
* guava ağacı (Braziliyadan): feijoas ağacı.
-
Ləvəngi resepti:
Toyuq hazırlayın, duzlayın
Qozu incə üyüdün
Soğanı sürtgəcdən keçirin, sonra suyunu çıxarmaq üçün sıxın.
Alça turşusu yəni pavidlası (palçıq turşu) qoz, qırmızı soğan, duz və qara istiyot ilə qarışdırın içlik əldə edin.
Toyuğu bu içliklə doldurun
Tandirdə bişirin və ya sobada təxminən bir saat 150-180 ° -ə qədər qızdırıldı.
Səyahətimizdən sonuncu xatirə şəkli Lənkəranın girəcəyində olan iri samovar qarşısında oldu.
Beləcə, Talış torpaqlarına olan səyahətimizi xatırlamaq və gələcək xəyallarımızı bəsləmək üçün kifayət qədər şəkillərlə ayrıldıq.
Bu füsunkar həftəsonu üçün Sevinc və Serjə, cəsarətli Dorothéeyə və dəstəyə görə Anne-Laura səmimi təşəkkür edirəm.
Fransız dilindən trcümə etdi:
Sevinc Bainvel
https://bakoufr.wordpress.com/2019/11/17/agrotourisme-lankaran-23-novembre-2019/