Azərbaycan Respublikasının əməkdar artisti, Baloğlan Xanoğlan oğlu Əşrəfov (8 oktyabr 1951, Bədəlan, Masallı rayonu –
27 aprel 2021ci ildə Bal Oğlan bir dəfəlik bizləri tərk etdi(((. Mən bu günlər zatən özüm özümdən qaçıram bir dərd də onu üstələdi.. Allah yerini rəhmət eləsin qardaşımızın. Bu çox üzücü xəbər oldu. Dünən bu xəbəri dodoqezeti.az saytımda texniki problemlər olduğundan işıqlandıra bilmedim. Bu gün belə qərar gəldim ki, az da olsa ürəyim sakitlik tapsın burda yazmaqla. Məhz bu gün atam Şirzad Baxşiyev Şirməmməd oğılunun ad günüdür. Həm də bu günkü gün qızım leyla vəfat etsə də onu 1 gün gec dəfn etdim ki atam bu ahıl yaşında dərd üstə dərd yaşamasın(((. Yəni sabah da qızım Leylam 12 ildir ki bizi tərk edib o qayıtmaz məmləkətə getməyi ilə. Bu acı xəbərləri həm bölüşürəm, həm də ölənlərimizi yad edirəm… Bu acı xəbərlərdir… Nə qədər də bu xəbərlər acı olsa xatırladıqca elə şirin yanğı olur ki, adamın daxilində… Onun izahı mümkünsüz.
          Bu xəbər yayılan günü elə Rutul xalqının nümayəndəsi olan Hümmbətov Əşrəf Şəkinuin Şin kəndindən mənə zəng edərək: Allah Baloğlan Əşrəfova rəhmət etsin deməyi məni daha da təsirləndirdi(((. Bu Azərbaycanımızda yaşayan xalqların necə sıx məhəbbətlə birbirilərinin acı və xoş günlərində bir yerdə olmasından xəbər verirdi. Əşrəf müəllim özünün, ailəsiniin və Rutulların yaşadığı Şəkinin Şin kəndinin adından Baloğlan Əşrəfovun vaxtsız vəfatından çox təsirləndiklərini qeyd etdi. Məhz onun “DODO” talış dilində qəzetin baş redaktoruna zəng edərək baş sağlığı verməsi: Bu bütün talış xalqına, Azərbaycanımıza baş sağlığı verməsi demək idi.
   “DİPLOMAT” kürd dilində qəzetin baş redaktoru Tahir Silemanın da baş sağlığı verməsini qeyd etməyi özümə borc bilirəm. Bu körpünü Azərbaycanda yaşayan xalqlarımız arasında yəni bu birliyimizi yarada bilməyimdən də qürur duyuram. Hamımızın bir yumruq şəkilidə olmağımız, birbirimizin xeyir və şərində də bir yerdə olmağımız bizim ana yurdumuz Azərbaycanımızı necə sevməyimizdən xəbər verir.
      Masallının Bədalan kəndinin ağsaqqalı 83 yaşlı Həmdulla Məmmədova zəng edib baş sağlığı verməyim də heç əbəs yerə deyildi. Həmdulla müəllim çox kövrəlmişdir Baloğlan Əşrəfovun vaxtsız vəfatına görə. Dedi ki Baloğlanın müəllimi olmuşam, ona atestatı mən vermişəm. Mənim Bılbıl (Bülbül) mahnımı o ilk dəfə oxuyub. Bu xatirələri danışdıqca ağsaqqalımız Həmdulla müəllimin kövrəldiyin hiss etməmək olmurdu. Onu da nəzərinizə çatdırım ki Baloğlan Əşrəfov talışların kompakt yaşadığı Lənkaran, Masallı, Lerik və Astara toylarında çox iştirak edib və çox sevilir. Bu sevginin şaflığına bir daha Lənkaranın Boladi kəndinə qohumlarıma zəng edərkən şahid oldum. İnsanların onun itgisinə barışa bilməməsinə ağı deyib ağlamasına, birbirilərinə baş sağlığı verməsini eşitmək çox təsiredici bir haldır.
        Baloğlan Əşrəfovu o zaman türkiyəyə əməliyyata gedərkən mənim atam və anam belə dua etdilər. Ay Allah bzim ömrümüzdən kəs Baloğlana ver. Elə həmən ili anam düşüdü yatağa bü günə qədər anam yataq xəstəsidir nə gözü görür nə də yeriyə bilir, şəkər deabetidir. Anamı xəstəxanada ayağa ilk dəfə qaldıran da Baloğlan Əşrəfovun səsi olmuşdur. ((( Atam rəhmətə gedib artıq… Bu gün sağ olsa idi 78 yaşı olacaqdır.
       Allah cəm rəhmətə gedənlərimizə və Vətən uğrunda şəhid olan balalalrımıza rəhmət eləsin. “DODO” qəzeti redaksiya heyyəti adındam Baloğlan Əşrəfovun yaxınlarına və Talış xalqına ən əsas da Masallının Bədəlan kəndinə baş sağlığı veririk.