Hər kimin ki vardısa ağıllılıq cövhəri
O bacarır hər işi, parlar onun gövhəri
N.Gəncəvi
XII əsrin ikinci yarısında Azərbaycan ədəbiyyatı özünün ən yüksək inkişaf mərhələsinə qədəm qoydu. Bu, dahi Nizami Gəncəvinin adı ilə bağlıdır. Dünya ədəbiyyatı xəzinəsinə “Xəmsə” kimi bir inci bəxş edən Nizami özünə əbədi ölməzlik qazanmışdır.
“Xəmsə”nin ilk əsəri “Sirlər xəzinəsi” poemasıdır. Əsərdə zəhmətə, əməyə, halallığa yüksək dəyər verilən hekayələrdən bir də “Kərpickəsən kişinin dastanı”dır. Kərpickəsən qocaya bu ağır işdən əl çəkməyi məsləhət görən cavan oğlana qoca belə cavab verir: “Mən bu peşəni ona görə öyrənmişəm ki, heç kəsə əl açmayım”. Bu hikmət dolu cavabı eşidən cavan dediyi sözlərə peşman olur. Nizami insan səadətinin, xoşbəxtliyinin halal zəhmətdə, əməkdə olduğunu bir daha bu əsərdə önə çəkir.
“Xəmsə”nin ikinci poeması “Xosrov və Şirin” poemsıdir Məhəbbət mövzusunda yazılan əsərin qəhrəmanları Sasani şahı Xosrov Pərviz və Azərbaycan gözəli Şirindir. Xosrov Şirini sevsə də, onun şahlıq qüruru ciddi səhvlər etməsinə səbəb olur Şirinin məhəbbəti, dönməz iradəsi, ağıllı davranışı məğrur şahı dəyişdirir. Xosrova Vətənin daşlı, qumlu, zəngin sərvətlərlə dolu olan torpaqlar bizim üçün qiymətlidir, – deyən Şirin öyrədir ki, ata-babalarımızın tarix boyu sakini olduğu torpaqlarda düşməni güclə, qüdrətlə məğlub edib, ata-baba yurdunu yadellilərdən azad etmək olar.
Xəmsəyə daxil olan digər poema “Yeddi Gözəl” poemasıdır. Bu poemada gözəllər Bəhrəm şaha maraqlı hekayələr danışırlar. Belə hekayələrdən biri də, Çin qızın söylədiyi “Xeyir və Şər” hekayəsidir. Hər biri öz adına uyğun işlər görürlər. Bizə hekayədən məlum olur ki, iki dost yol yoldaşı olurlar. Öz təbiətinə xas olan, pislik etməkdən əl çəkməyən Şər, Xeyirin gözlərini susuz bir səhrada çıxardaraq, işıqlı dünyanı gözləri ilə görməyi ona çox bilmişdir. Susuz bir səhrada əlacsız qalan Xeyir, xeyirxah insanların köməyi ilə xilas olur. Nizami bu hekayədə çox mətləblərə işıq tutur. O, insanlara xeyirxah işlər görməyə,vicdanlı, ədalətli olmağa çağırır.
Nizaminin əsərlərində Vətənpərvərlik duyğuları, Vətəninə olan sevgisi, düşmənə olan nifrəti, yadellilərə qarşı olan mübarizəsi bugünkü, gündə yağı düşmənlərimizlə apardığımız mübarizə, yaşadığımız gerçək hislərlə üst-üstə düşür.
Astara Pedaqoji Kollecin
III kurs tələbəsi Ağazadə İsrail