Hacı Müseyib oğlu Dadaşov 4 iyul 1937-ci ildə Lənkəran rayonunun Mamusta kəndində anadan olmuşdur.

-1954-cü ildə Mamusta kənd orta məktəbini bitirmiş və həqiqi hərbi xidmətə getmişdir. Hərbi xidmətini başa vurduqdan sonra sıravi milis kimi fəaliyyət göstərmişdir.

-1962-ci ildə Minsk Milis məktəbini bitirmiş və Biləsuvar rayonunda milis sahə müvəkkili işləmişdir.

-1967-ci ildə Moskva Ali Milis məktəbini bitirmişdir. Elə həmin il Sabirabad rayon Daxili İşlər Şöbəsinin rəis müavini vəzifəsinə irəli çəkilmişdir.

-1970-ci ildə Lənkəran şəhər Milis şöbəsinin rəis müavini təyin edilmişdir.

1973-1978- ci illərədə Şuşa şəhərində

-1983-cü illərdə Füzuli rayonunda,

-1983-1985-ci illərdə Bakı şəhəri Yasamal rayonunun Milis şöbəsinə rəis təyin olunmuşdur.

Hacı Müseyib oğlu Dadaşov 29 iyun 1985-ci ildə Bakı-Lənkəran yolunda ağır yol qəzası nəticəsində dünyasını faciəli şəkildə dəyişmişdir.

23 övladı avladı var 2 qız bir oğlan. Hal-hazırda 1 qız nəvəsi babasının yolunu şərəflə davam etdirir.

GÖZƏL ATAM

Səndəndən sonra ocağımız da əvvəlki tək gür yanmayır,

Səndən sonra baxçamız da əvvəli tək gül açmayır.

Səndən sonra bizə gələn qonaqlar da gəlmir daha.

Gözəl Atam milyon-milyon adam gəlsə,

Neçə qohum, həm dostların yadlar gəlsə,

Həsrətimin bu yanğısı sönən deyil.

Bilirəm ki, sən gəzdiyin o yerlərdə ot bağlayıb,

Yamaclar da çiçəkləyib gül bağlıyıb.

Amma sənin çox yerlərdə gizlin-gizlin, aşkar-aşkar izin qalıb.

Övladların baxışında gözlərində gözün qalıb,

Nəvələrin gül üzündə, gözlərində gözün qaldı.

Bir yastığa baş qoyduğun öz anamın,

Xanımının, mələyinin, saçlarında, tellərində,

Əllərinin, sığalının izi qaldı.

Gözəl Atam, məğrur Atam!

Sənin hələ neçə-neçə yaşanmamış günün, ayın, ilin qaldı…

Gözəl Atam, şəklinlə danışıram,

Şəklinlə danışmaqdan bezdim Ata!

Bizi niyə belə tez tərk etdin, getdin Ata?

Allahımla danışıram möcüzələr yaradanım,

Bu dünyanı, o, dünyanı yaradansan Yaradanım.

Yenə yarat, amma əfh et, sən bağışla, əfh et məni.

Ayrılığa qara xətt çək, hicran odun yanğısına,

Sərin su səp söndür onu, sevdamıza özün yol aç.

Sevgimizi özün çoxalt.

İnsanların arzusu çox,

Diləyi çox, mənim isə bir duam var:

-Yaradanım, Ulum mənim qısa elə, bu həsrəti, rəhm et bizə.

Yoxdu tabım, yoxdu dözüm,

Varlılardan Varlım mənim, ey Qüdrətim!

Qısa elə, bu həsrəti, rəhm et bizə,

Özün yarat, möcüzə et əfh et bizi,

Özün yarat, rəhm et bizə,

Əfv et məni, bu sözümə…

Sən Atamı, Sən Ataları qaytar bizə.

 

Kəmalə Hacıqızı Dadşova

Lənkaran, Mamusta