Eldar İlqaroğlu ilə tanmışlığımız Facebook səhifəsindən başlayıb.
Bir dəfə mənə yazdı ki, İradə xanım, istəyirəm “DODO” redaksiyasına gəlim , sizinlə görüşüb yaxından tanış olaq.
Eldar müəllim o zaman ilk “HAMI TƏKDİR BU DÜNYADA” kitabı üzərində çalışırdı.
O mənim fəaliyyətimi yaxından izləyirmiş , odur ki, məndən məsləhətlər alıb və öz gözəl ideyalarını mənimlə bölüşdü.
Dedi: İradə xanım sizin bu fəaliyyətinizə qıraqdan baxıram, qururlaniram. Bizim kənddə də şəhidlər və qazilər var, amma bu barədə heç kim yazmır, nə də video çəkilmir… Siz isə meydanda təksiz, hamısını necə çatdırırsız? odur qərara gəlmişəm mən elə öz kəndimizdən başlayım. Sizcə məndə alınarmı? Necə məsləhət edirsiz mən istyəyirəm yavaş-yavaş öz kəndimizin şəhidləri haqda videolar çəkim. Bu gənc müəllimin uzaqgörənliyi məni çox sevindirdi.
Vətən sevgisi, Şəhidə hörmət, Allaha bağlılığı onu özü də bilmədiyi səmtə aparırdı. Bu söhbətimiz 2018-ci ilin sonu 2019-cu illərin əvvəlində olmuşdu. O zaman Lənkaranın Boladi kəndində 10 nəfər Birinci Qarabaq müharibəsində vətənimizin azadlığı naminə şəhid olmuş və II Qarabağ müharibəsində isə Boladi kəndi 3 nəfər şəhid vermisdir.
Nə biləydi ki, şəhdlərin içərisində isə Hərbi Akademiyada bir oxuduğu tələbə yoldaşı Şəhid Aqşin İbadov da olacaq. Bu hadisə Eldarı lap sarsıtmışdı. Bəli heç kimin belə

ağlına gəlməzdi ki, 30 illik VƏTƏN HƏSRƏTİMİZƏ məhz 2020-ci ilin sentyabrın 27-də son qoyulacaq və İkinci Qarabağ müharibəsi başlayacaq həm də bizim bu ədalətli müharibəmiz ZƏFƏRLƏ bitəcək. Şəhidlər haqqında kitab yazmaq çox ağırdı. Bunu dadan bilir… Hər bir ailəyə daxil olub şəhid haqqında heç kimin biləmədiklərin qələmə almaq, o acını yaşamaq, arzuları ürəklərində qalmış şəhidlərimizin halını anlamaq, gözü yaşlı ana, bacı və qardaşları, şəhidin uşaqlarını bağrına basıb təskinlik vermək heç də asan bir xidmət deyil. Odur əvvəl başlayanda cavan olduğu üçün bəlkə də bu acıların bu qədər əzablı olduğunun heç fərqində də olmamışdı.VƏTƏN SEVGİSİ ilə alışıb yanan gənc yazarımız Eldar müəllimin gözəl xarekterlərindən biri də onun təmkinli və həlim olmasıdır. Bu xarakter onda Allahdandır deyərdim, çünki Eldar müəllimin, həm də Allahla da çox sıx ünsiyyəti var. Düşünürəm onu uğura aparan yol elə həmin həqiqət yoludur, həmin pak yoldur ki, Rəbb Allah ona həm həyatında, həm də yuxularında göstərir. Redaksiyada mənimlə həmsöhbət olduğu an sanki qarşımda 65-75 yaşlarında bir ağsaqqal oturmuşdu sandım. Bunları onun qələmə aldığı şeir və hekayələrdən də görmək olur. Çətinliklərə baxmayaraq Eldar İlqaroğlu bir daha sübut etdi ki, o əsl müəllim, əsl ziyalı ailəsində dünyaya göz açmışdır. Onun ikinci “BOLADİ ŞƏHİDLƏRİ” adlı kitabı isə həm Eldarın, həm də Boladi kəndinin tarixində silinməz izlərlə tariximizə qızıl hərflərlə yazıldı. Bu son 2-3 günlərdə Beynəlxalq Quran xəbər agentliyi və Modern.az saytlarında gedən “Gənc müəllimin şəhidlər haqqında kitabı çap olundu” məqalələrinə istinad edərək qeyd etməyi özümə borc bilirəm. Kitabda Qarabağ savaşında şəhid olan vətən oğullarının qəhrəmanlıq dastanları və hər kəsə örnək olacaq həyatları, insanlarla münasibətləri, ictimai fəaliyyətləri işıqlandırılıb. IQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Azərbaycanın qəhrəmanlar yetişdirən gözəl guşələrindən biri olan Lənkəran rayon Boladi kənd 1 saylı orta məktəbinin müəllimi, gənc yazar Eldar İlqaroğlunun hazırda yaşadığı və doğma vətəni olan Boladi kəndinin şəhidləri haqqında yeni kitabı işıq üzü görüb.
Kitabda Birinci və İkinci Qarabağ savaşında işğalçılara qarşı qəhramanlıqla döyüşən və canını fəda edən əziz vətən şəhidlərinin tərcümeyi-halları, döyüş yolları, ailə üzvlərinin və döyüş yoldaşlarının xatirələri oxuculara təqdim olunur.
Kitabda həmçinin şəhidlərin təkcə qəhramanlıqla vuruşması deyil , həm də hər kəsə örnək olacaq həyatları, insanlarla münasibətləri, ictimai fəaliyyətləri işıqlandırılıb.


Eldar İlqaroğlunun “Hamı təkdir bu dünyada” adlı ilk kitabı kimi “Boladi Şəhidləri” kitabı da oxucular, həmçinin Lənkəran rayonu və Boladi kənd ictimayyəti tərəfindən maraqla qarşılanıb.
Qeyd edək ki, Eldar İlqaroğlu 15.05.1985-ci ildə Lənkəran rayonunun Boladi kəndində anadan olub. 1990-cı ildən 2002-ci ilə qədər həmin kəndin 1 saylı orta məktəbində təhsil alıb.
2002-2006-illərdə Azərbaycan Ali Hərbiçilik məktəbini bitirib. 2006-2009-cu illərdə ixtisası üzrə orduda zabit olaraq, xidmət etmişdir və 2006-cı ildə həmin məktəbi ‘Leytenant’ hərbi rütbəsiylə və ‘Radiotexnika’ixtisası üzrə bitirib Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzinə [TTM] dinləyici kursuna təyin olunmuşdur.
2007-ci ilin aprel ayında TTM-dən N-saylı hərbi hissəyə göndərilmişdir. 2009-cu ilin aprel ayında sağlamlığıyla əlaqədar ehtiyyata buraxıldığı tarixə qədər həmin hərbi hissənin 1-ci dvizyonunda Zenit Raket Batareyasının koordinatoru vəzifəsində xidmət etmişdir.
2011-ci ildən Lənkəran rayon Boladi kənd tam orta məktəbinin hərbi rəhbəri vəzifəsində çalışır.
Ailəlidir. 3 qızı və 1 oğlu var.
Eldar İlqaroğlu hazırda yeni kitablar üzərində işləyir.
“DODO” redaksiyası adından Eldar İlqaroğluna gələcək işlərrində uğurlar arzu edirik. Beynəlxalq quran xəbər agentliyi və modern.az saytlarının rəhbərlərinə bu xəbəri işıqlandırdıqlarına görə “Dodoqezeti.az saytı və “DODO” redaksiyası adından öz minnətdarlığımızı bildiririk.
Bir- birimizə dəyər verək ki, dəyərli olaq.

 

PEŞO  MƏVOT NIVITIŞE…

Har koədə al-ver heste

Har çiy pule, məhıt tolış

Yoddə oğət har kəs tını

Ve pidəşe bəştə qoroş.

Bə nav şəkəs ni  ki həni,

Rujbə ruj  dumo şedəmon.

İyəndıku xəbəmon ni

Har kəs bıştəno jidəmon.

Votdə sıredə dimədə

Peşo peştono  qəp jəydə

Bəki  peştıpur bedəş

Tıni bə zəmin əv jəydə.

Əvvəl Həxe, oxo Həxe

Nohəx vırə, miyonış ni.

Iştəniku çəşkə ıştə

Yad odəmi ziyonış ni.

Dınyo ıme, bivind-peqət

Ki, zirəke peqətışe.

Dılım pure, hərdəm votdəm

Peşo  məvot nıvıtışe.

 

BİLMƏZ

Ruhum dünyadan böyük,

Dunya məni yıxa bilməz.

Mən kef adamıyam qardaş

Qəm sinəmi sıxa bilməz.

Göz yaşarar, coşar sinə,

Təkcə Yarımın eşqinə.

Yoxsa ki, dünya qəminə

Gözüm yaşı axa bilməz.

Yaşamağa verdim qərar.

Ölüm qorxar gəzər kənar.

Əcəlin mənə borcu var,

Gözümə dik baxa bilməz.

Ömür sanki uca dağdır,

Zirvələrə can atmaqdır.

Məna-şövqlə yaşamaqdır,

Başqa məna çıxa bilməz.

 

İradə Məlikova