Ana yurdumuz Azərbaycanımızın bir çox rayonlarında Şəhidlərə abidələr ucaldılır, bulaqlar çəkilir. II Vətən müharibəsindən sonra Şəhidlərimizi  bir daha əbədiləşdirmək  və tikilən abidələrlə gələcək  gənc nəslə tariximizi bir daha dastana  çevirmək üçün bir çox tikinti işləri gedir. Bunlara misal olaraq keçən ay Lerikin Çayrud kəndində “Əbədi yaddaş”  xatirə kompleksi, Veri kəndindəki şəhid  bulağı, Mondigah kəndində  tikilən 10 metr hündürlüyə qaldırılan körpünün inşası və indi söhbət açacağım 27 oktyabr 2021-ci i tarixində Lerik rayonunda, Lerik-Zuvand yolunun üstündə, Xəlifəkujə kəndinin ərazisində şəhid kapitan Cəlil Cavadovun xatirəsinə tikilmiş və şəhid kapitandan əlavə daha 47 nəfər Lerikli şəhidin də xatirəsini əbədiləşdirən, kənd sakinlərinin  şəxsi vəsaiti hesabna tikilən momerial abidə kompleksinin açılışından gedir. Ehtiyada olan hərbiçi polkovnik Aslan Hüseynov məni şəhid bacısı oğlu Cəlil Cavadovun il dönmü ilə bağlı keçiriləcək tədbirə dəvət etdi.

Tədbiri Müdafiə Nazirliyinin məsul işçisi, pollkovnik-leytinant Abdulla Qurbani açdı. Cəmi şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edild. Dövlət himnimiz səsləndrildikdən sonra Abdulla Qurbani şəhid Cəlil Cavadovun qısa və şərəfli döyüş yolundan söhbət açdı. Tədbir şəhidin dayısı polkovnik Aslan Hüseynovun təşəbbüsü, Müdafiə Nazirliyi və Lerik Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə baş tutdu. Tədbirdə millət vəkili İqbal Məmmədov, Lerik Rayon İcra Hakimiyyətinin başçısını əvəz edən Cəlil Baxşiyev və rayon hüquq-mühafizə orqanlarının rəhbərliyi, Müdafiə Nazirliyi və digər mərkəzi icra hakimiyyəti orqanlarının nümayəndələri, şəhid ailələri və bir qrup rayon ictimaiyyəti iştirak etdi. Sonra Lerik rayon İcra Hakiimiyyəti başçısını əvəz edən Cəlil Baxşiyev danışaraq vurğuladı ki, Lerik rayonu 44 günlük müharibədə 47 şəhid verdi. Neçə-neçə qazilərimiz Vətən torpağının qorunması naminə yarımcan hala düşdülər. Dövlətimiz  hər zaman şəhid ailələrinə, qazilərimizə xüsusi diqqət göstərir və onlar üçün hər cür şərait yaradır. Rayonumuzun ayrı-ayrı kəndlərində şəhidləriimizin plakatları ucaldılır və onların xatirəsinə şəhidlər bulağı çəkilir. Kompleksə gələn yol tez bir zamanda asfalt örtüklə örtülmüşdür.

Abdulla Qurbani həm şeir söyləyirdi həm də, şəhdlərlə bağlı xeyli söhbət etdi. Onu da qeyd edim ki, şəhid ailəsinə və yaxınlarına öz ürəyini boşaltmaq üçün az şərait yaradıldı və onlar bir-iki kəlmə  sözlə fikirlərini tamamladılar. Tədbir Müdafiə Nazirliyinin Hərbi Arkestrinin müşaiəti ilə davam etdirildi. Abdulla Qurbani orketirin solistinə “Sənsiz” romansından bir parçanı oxumağı xahiş etdi. Lakin solist həmin romansı bir parça deyil, axıra qədər oxuyacağını bildirdi.

     Mənə elə gəlir ki, şəhidin anım günündə ancaq romansdan əvvəlki kimi Vətənpərvər ruhlu həzin mahnılar oxunsaydı, daha məqsədə uyğun olardı. Çünki Sənsiz romansı Şəhid anımında oxunmaz!!!

Çox təəssüflər olsun ki, Cənub bölgəsini təmsil edən bu sətirlərin müəllifi Bakıdan tədbirlə bağlı Lerikə dəvət olunsa da, tədbirdə ona söz verilmədi ki, protkola adın salınmayıb, hansı ki, bir qəzet redaktoru olaraq, cəmi şəhidlərimiz haqqında həm mətbuat səhifəsində, həm Dodo TV-də və həm də, dodoqezeti.az saytında bütün tədbirlərlə bağlı mütamadi məqalələr yazan baş redaktora qarşı tədbirin aparıcısı tərəfindən qərəzli münasibətin şahidi oldum.

Millət vəkili cəmi şəhidlərimizlə bağlı öz fikrini bilirdi.

Bunu da qeyd etmək istərdim ki, deputat İqbal Məmmədov seçki ərəfəsində cənub bölgəsinin bütün xəbər poralları ilə əməkdaşlıq edib dostluq münasibətləri qurmuşdu. Seçki qabağı söhbətimiz zamanı Millət vəkili bildirdi ki, zonamızı təmsil edən qəzetə hər biriniz kömək etməliyik. Çox təəssüflər olsun ki, bir vaxt deputata iradlarımı bildirdiyim zaman Millət vəkili cavabında bildirdi ki, Sizinlə əməkdaşlıq etməyəcəyəm. Bu dostluq münasibətinin İqbal Məmmədov deputat seçildikdən sonra pozulması təbii idi…

Araşdırma zamanı onu da öyrənə bildik ki, tədbiri sırf Müdafiə Nazirliyi apardığından tədbirin səlahiyyətləri İcra aparatında deyil məhz Abdulla Qurbanidə olduğundan istədiyi kimi də Lerik dağlarıında “şoumenlik” edirdi.

Onu da qeyd edim ki, qəzetimizdə bütün yazılar Vətənpərvər  mövzusundadır. Şəhid adını uca tuturuq.

Ölkə Prezidenti İlham Əliyev demişdir: Azərbaycanda yaşayan bütün xalqların, dinlərin  nümayndələri özlərini rahat hiss etməlidirlər.

Dövlət başçıımızın bir sözünü də xatırlatmaq istərdim:

      Sözümüz imzamızdır! Tarix yazan imza!

Buna baxmayaraq o tədbirdə məmur biganəliyi və sayamamazlığı ucbatından şəhdlərimizin ruhundan utanaraq, özümü narahat hiss etdim.

Məhz bir gün əvvəl 26 oktyabr 2021-ci il  Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində “DODO” qəzetinin 704 səhifəlik kitabının təqdimat mərasimindən dərhal çıxaraq bir başa Lerikə yola düşmüşdüm, çünki şəhdlərə böyük bir kompleks tikilmişdi. Bundan qabaq dəvətlər alsam da nə Veri kəndinə nə də Çayrud kəndinə gedə bilməmişdim. Odur ki, özümə borc bildim bu komplesin açılışında iştirak edim və Şəhidin anım gününə “DODO” kitabını xatirə olaraq muzeyinə təqdim edim.

Sıralanmış talış dağlarında yenidən olmaq payızın dağlarımıza qızılı kəlağayısını necə sərdiyini gözlərinlə görmək çox xoş idi. Dağları seyir edəndə sanki bir başqa aləmdə olduğunu hiss edirdin. 4 saata qədər uzan tədbir zamanı, vaxt gedə-gedə qarşı tərəfdəki qarlı dağların qarının soyuğunu his etməmək mümümkünsüz idi. Az keçmədi ki mavi səmanı ağ buludlar topası öz naxışları ilə ağuşuna aldı. Elə bir mənzərə idi ki, buludlara toxunmaq belə mümkün idi sanki. Lerikimdə hər şey gözəl idi bircə biganəlik olmasa idi…

Mən 4-8 sinifə qədər Günəşli kəndində (adı keçmişdə Azərbaycan) orta məktbi oxumuşam. Rəhmətlik direktorumuz, dil-ədəbiyyat müəllimimiz Məmməd Rəhmanov biz dərs danışanda belə deyərdi: Çövür tatı-vur tatı… O zaman bu sözü anlamsaq da  bilirdik ki 3 nəfər yaxşı oxuyanlar dərs danışanda bu kəlməni bizlər üçün işlədir müəlimimiz. Tədbirlər də dönüb lap “Çövür tatı-vur tatıya…”  Eyni simalar eyni səslər eyni sözlər… Elə özləri danışıb, özlərinə təhrif verirlər vəssalam tədbir bitdi…

Multikulturalizm Mərkəzində mənə söz veriləndə belə bir söz dedim ayın 26-da,  xatırlatmağı özümə borc bilirəm. “DODO” kitabının əsl müəlifi əslində mən deyil, Ulu öndərimiz rəhmətlik Heydər Əliyevdir. O demişdir: Azərbaycanda yaşayan xalqlar bizim sərvətmizdir. Bəli Mən özündə ən  güclü mənəvi dəyərləri birləşdirən  Ana yurdumuz Azərbaycanımızın sərvətiyəm.

Sualım var bu yazını oxuyan hər kəsə: Mən “DODO” talış dilində ictimai qəzetin rəsmi baş redaktoruyam. Biz öz sözümüzü gedib Azərbaycanın  digər bölgələrində multikultural dəyərlərimizi təbliğ edərkən fikirlərimiz müsbət qarşıalndığı halda öz doğulduğum el-obamda mənə söz verilməməsini qərəzkarlıq kimi başa düşürəm. Çünki doğma rayonumuzdan hər gün onlarla şikayət məktubları gəlir. Yeri gəlmişkən bu mövzuya qəzetimizin növbəti sayında  daha geniş yer ayıracağıq.

İradə Məlikova

 

 

 

  Növbəti yazını “DODO” redaksiyasına ünvanlayan III qrup Qarabağ müharibəsi əlili Məmmədov Üzeyir Cavanşir oğlunun iradlarını sizlərə olduğu kimi təqdim edirəm.

 

2021-ci il tarixində Lerik Zuvand yolunun üstündə  Cəngmiran kənd ərazisində şəhid kaptan Cəlil Cavadovun xatirəsinə tikilmiş ikinci Vətən savaşının 47 Lerikli şəhidinin xatirəsi də əbədiləşdirilr. Həmin abidəni şəhidin  dayısı Aslan Hüseynov öz vəsaiti hesabına inşa edib.  Tədbirə Azərbaycanın müxtəlif bölgələrindən dəvət ounmuş insanlar və o  cümlədən rayonumuzun şəhid anaları, ailələri və qaziləri də dəvət olunmuşdular. Lakin həmişə rayonumuzda olan tədbirləri Heydər Əliyev Mərkəzinin rəhbəri, müəllimlər  və qonaqlar aparırdılar. Bu tədbirdə isə ancaq  rayon icra aparatının rəhbəri və Lerikin millət vəkili İqbal Məmmədovdan başqa heç kəsə söz verilmədi.

Tədbiri Müdafiə Nazirliyinin məsul işçisi Abdulla  Qurbani açdı və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Burada təsir edici məqamlardan biri də o, idi ki Abdulla Qurbani özü deyib özü də çox maraqlı jestlərlə hopna-hopana ancaq öz şeirlərini oxuyurdu.

Heç bir şəhid ailəsinə layiqincə söz verilmədi. Abdulla Qurbani Hərbi orkestrin solistinə “Sənsiz” romansının bir bəndini söyləməsini  xahiş etsə də, solist bundan imtina edib romansı sonadək musiqisiz oxuyacağını bildirdi. Məgər bu mahnı əvəzinə mənə bir qazi  kimi  və ya Lerik rayon Hərbi Komisarına söz verilə bilməzdimi? 27 oktyabr 2021-ci il 4 şəhidin anım günü, il dönümləri idi… Burada Abdulla Qurbani sadəcə oxuyub sevinirdi. Şəhid anaları isə öz göz yaşlarında boğularaq qalmışdılar.

Bakıdan öz işlərini saxlayıb, uzun yol qət etmiş “DODO” qəzetinin baş redaktoru İradə xanıım Məlikova, Yeni İctimai Nəzarət Şurasnn sədri və digər qonaqlar məclisə dəvət olunsalar da Abdulla Qurbani tədbiri öz marağı çərçivəsində aparırdı.

Tədbirdə gənc  nəsl, şəhid ailələrinin övladları olan məktəblilər gözəl vətənpərvər şeirləri ilə tədbiri gözəlləşdirmək istəsələr də Abdulla Qurbani buna imkan vermədi ki, pratakola salınmayıb.

Mən bir Qarabağ qazisi kimi rayonumuzun bütün  tədbirlərinə gözəllik verən Heydər Əliyev adına Mərkəzin direktoru Hüsaməddin müəllimdən başqa bir ikinci şəxsi görmürəm. Lerik rayonumuzun başqa bir aparıcıya nədən ehhtiyacı vardı ki?

Abdulla Qurbani isə aparıcıılıqdan çox aktyorluq edirdi!!!

Bunu bizim vətənpərvər Lerik rayonumuz üçün böyük bir  təhqir sayıram.

 

Məmmədov Üzeyir

III qrup Qarabağ müharibəsi əlili