SƏRKƏRDƏ İLHAM
Dünyaya səs salan səsinə qurban,
Qarabağdan iti qovan sözünə qurban,
Əsgərlərə güc verən özünə qurban,
Milli qəhrəmanım, Sərkərdə İLHAM!
Kimi tanıyırıq, hünərdə kimi?
Kimdir gecə – gündüz çəkən fikrini?
Əyilməz, yenilməz sərkərdə kimi,
Milli qəhrəmanım, Sərkərdə İLHAM!
Alınıbdır kəndlərimiz, şəhərlərimiz,
Sancılıb üç rənglı bayraqlarımız,
Sənin şücayətinlə, sənin əmrinlə,
Milli qəhrəmanım, sərkərdə İLHAM!
VƏTƏN ORDUSU
Ey şanlı ordumuz, ey böyük ordu,
Qorudun hər zaman bu ana yurdu,
Zəfərlər qazanıb gün tək parladın,
Yayıldı dünyaya şöhrətin şanın,
Ey vətən ordusu, vətən ordusu!
Basılmaz qələbən, basılmaz vətən!
Yıxa bilməz səni nə od, nə düşmən,
Qarabağı qaytardız Azərbaycana,
Millətin söykənir, sən ona dayaq,
Ey vətən ordusu, vətən ordusu!
Yurduma dəyməsin düşmən ayağı,
Ey barlı – bəhərli, gözəl torpağı,
Vətənim ərənlər, ərlər oylağı,
Bizimdir həqiqət, bizimdir zəfər,
Ey vətən ordusu, vətən ordusu!
Sən yaşıl ormansan, solmaz bağ kimi,
Türkiye arxanda, bizdə dağ kimi,
Dalğalan enməyən, bir bayraq kimi,
Gecə-gündüz qoruyun Azərbaycanı,
Ey vətən ordusu, vətən ordusu!
BÜTÜN ANALARA İTHAF EDİRƏM
ANALAR
Əbədi günəşdi övladlarına,
Ana arzuları, ana sevgisi,
Sərt yoldan qaytarar övladlarını,
Ana duaları, ananın sesi.
Övladı ərsəyə çatana qədər,
Narahatdır hər an ana ürəyi,
Gec gələndə işdən durar, oturar,
Keçməz boğazından halal çörəyi.
Bir ömür narahat yaşayır ana,
Övladlar ərsəyə gələnə qədər,
Qurtarmır heç zaman əzabın sonu,
Görməsin uşaqlar nə qəm, nə kədər.
Hələ körpə-körpə nəvələridə,
Bəsləyir göz üstə ana nənələr,
Əzablı olsada şirindir həyat,
Düşünmür nələri, ana nənələr?!
Bu da bir həyatdır, bu da bir ömür,
Hər ağrı – acını çəkir analar.
Bəzən sevincıni, bəzən qəmini,
İsti göz yaşına bükür analar.
Vətən, torpaq unutmaz, tökülən al qanları,
Gənc nəsillər unutmaz, qorxmaz qəhrəmanları,
Ölsənizdə qoruduz, bu doğma insanları,
Belə qalmaz heç zaman, itən nahaq qanları,
Zaman gələr alarıq, torpaqları Şəhidlər.
Kaş qurbanın olaydım, Qarabağ Şəhidləri.
Siz vətən ocağının, atamın yurdusunuz,
Yenilməyən bir nəsil, böyük bir ordusunuz,
Siz Vətəni, Vətən tək həmişə qorudunuz,
Adınız tək həmişə, siz uca da oldunuz,
Zaman gələr alarıq, torpaqları Şəhidlər,
Kaş qurbanın alaydım, Qarabağ Şəhidləri.
Parça- parça Vətəni alıb mal eylədilər,
Üzdə-gözdə bir cürə, dalda dal eylədilər,
Bazar da alverçidək, bəzən ağ eylədilər,
Dağ çəkildi sinəmə Qarabağ Şəhidləri,
Zaman gələr alarıq, torpaqları Şəhidlər,
Kaş qurbanin alaydım, Qarabağ Şəhidləri.
Püstə unutmaz Sizi, lap yüz yaşı olsada,
Ya əlacsız bir xəstə, ya da ölmüş olsada,
Unutmaram heç zaman, əgər bəxtim yatsada,
Ya da qocalıq məni bir tərəfə atsada,
Zaman gələr alarıq, torpaqları Şəhidlər,
Kaş qurbanın olaydım, Qarabağ Şəhidləri.