
Bir soruşun necəyəm,
Halım necədir.
Yönüm hansı tərəfə,
Yolum necədir.
Bir soruşun şairlər
Nə yeyib, nə içirlər.
Pəncərəmin önündən
Kimlər gəlib keçirlər.
Avestanı çap etdim
Azərbaycan dilində,
Sizdən dəstək gəlmədi.
Bəlkə xəbəriniz yox.
Bu kitab yoxa çıxdı
Alimlərin əlində
Sizdən dəstək gəlmədi,
Bəlkə xəbəriniz yox.
Tele kanallar belə
Buraxmadı, qoymadı
Avestanı yaxına.
Bəlkə də tuş gəlmişəm
Kimlərinsə oxuna.
Cənab Prezident!
Şairləri dinləyin,
Söhbət edin bizimlə.
Könlünüz də açılar,
Kəlbəcərə, Şuşaya
Bir də gedin bizimlə.
Nə döpütat, nə nazir
Qapını açmaz bizə.
Onların həyətindən
Pişiklər qaçmaz bizə.
Onlar bizdən uzaqdır,
Siz bizə çox yaxınsız.
Şairlərin önünə
Bir dəfə də çıxın siz.
Açınız qapıları
Şairlərə nəhayət.
Edin bizə ehtiram,
Bizdən görün məhəbbət.
XANLAR HƏMİD. 10.11.2021