Həmidova (Məmmədova) Nuranə Bəhruz qızı Astara rayonunun Ərçivan qəsəbəsində ziyalı ailəsində doğulmuşdur. 1986-cı ildə Ərçivan qəsəbə 3 saylı tam orta məktəbində I sinfə qəbul olunmuşdur. 1995-ci ildə Astara Pedaqoji Texnikumuna (indi Astara Pedaqoji Kolleci adlanır) daxil olmuş, 1999-cu ildə kolleci “İbtidai siniflərdə təhsil” ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir. Həmin il Ərçivan qəsəbə 3 saylı tam orta məktəbinə sinif müəllimi təyin edilib. Müəllim işlədiyi müddət ərzində 2004-cü ildə Lənkəran Dövlət Universitetinə daxil olmuş, 2009-cu ildə universiteti “Tarix və ictimaiyyət” ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmiş. 2012-ci ildə TGC MMC-Təlim və İnkişaf Mərkəzinin “Ümumi orta təhsil səviyyəsində yeni fənn kurikulumlarının tətbiqi” üzrə ixtisasartırma təhsili proqramını I dərəcəli sertifikatla tamamlamış, 2012- ci ilin sonunda Azərbaycan Respublikası Təhsil Nazirliyi və “Mədəd Azərbaycan” MMC tərəfindən təşkil edilmiş İKT-nin təhsilə tətbiqi üzrə İntel “Gələcək üçün Təhsil” təlim kursunun I hissəsini müvəffəqiyyətlə bitirmişdir. 2015-ci ildə “Smart Technologies” şirkəti tərəfindən təşkil edilmiş Məktəb müəllimləri və təhsil müəssisələrinin işçiləri üçün “Dymo/ Mimio İnteraktiv Texnologiyaları ilə tədris” təlim kursunu, 2016-cı ildə Azərbaycan Respublikası Təhsil Nazirliyi və “Mədəd Azərbaycan” MMC tərəfindən təşkil edilmiş İKT-nin təhsilə tətbiqi üzrə İntel “Gələcək üçün Təhsil” təlim kursunun II hissəsini də uğurla başa vurmuş, 2019-cu ildə Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun təşkil etdiyi ixtisasartırma təhsil proqramını sertifikatla tamamlamışdır. Respublika və Beynəlxalq konfranslarda, tədris etdiyim ixtisasla bağlı forumlarda iştirak etmiş, müxtəlif dərəcəli diplom və sertifikatlarla təltif olunmuşdur.
Həmidova Nuranə hazırda Ərçivan qəsəbə 3 saylı tam orta məktəbində tarix müəllimi vəzifəsində çalışır. 2015-ci ildən bəri “NUR” Təhsilə, Gənclərə və Qadınların Sosial İnkişafına Dəstək İctimai Birliyinin rəhbəridir. Təhsil, sosial və ictimai yönümlü fəaliyyətlə məşğuldur. Bununla bağlı bir neçə uğurlu layihələr tətbiq etmişdir. “Vətənimizi tanıyaq!”, “İnsan və Cəmiyyət!” adlı layihələrin metodik vəsaiti üzərində çalışır, eyni zamanda zonamızın tarixçi-tədqiqatçısı İldırım Şükürzadə ilə bərabər “Ərçivan ” kitabı üzərində işləyirlər. 09 fevral 2020-ci il parlament seçkilərində öz namizədliyini irəli sürmüşdür. Ailəlidir. İki övladı var.
“DODO” redaksiyə heyəti adından Həmidova Nuranə Bəhruz qızını doğum günü münasibəti ilə təbrik edirik. Nuranə xanmın Astara rayonunda ictimai fəaliyyəti danılmazdır. Bunu onun feyzbok profilindən də götmək mümkündür. O savadlı pedaqoq olmaqla yanaşı, həm də gözəl anadır. Nuranə xanımın bu yaşda bir çoxlarına öyüd-nəsihət verməsi, özünün gücü çatdığı tərzdə insanlara dayaq olmaq bacarığı və əlindən gələni əsirgəməmək onun qanındadır. Bu gözəl gündə Nuranə xanım Həmidovaya can sağlığı və uzun ömür arzu edirik. Arzu edirik ki, Astara rayonun gələcəyi olan gənc nəslin yetişməsində onun bu gözəl bacarqlarından geniş istifadə olunsun. Doğum gününüz mübarək olsun Nuranə xanım.
İradə Məlikova