Azərbaycanda yaşayan azsaylı xalqlardan biridə Haputlardır. Qubada bir neçə kənd var ki, həmin kəndlərin öz dili var. Bunlara misal olaraq  Xınalıq, Buduq, Haput, Qırız, Əlik, Cek və Yergüc kəndlərini göstərmək olar. Yergü və Əlik dlindən başqa o biri dillər bir birinə çox oxşar dillərdir. Çox təssüflər olsun ki Yergüc kəndi artıq yoxdur. Heç bir ev belə orada qalmamışdır. Kəndin sakinləri isə hamısı köçüb gediblər. Bir hissəsi bildiyim qədər Xaçmazda yaşayırlar. Ola bilsin ki, dili bilən bir neçə adam qalıb, amma yazılı heç nələri yoxdur. Belə getsə bu hal  Əlik dilini də gözləyir.

Çox sevindirici haldır ki, Haput kəndinin sakini Əhməd Musayev 87 səhifədən ibarət Azərbaycanca-Haputca lüğət kitabını hazırlayıb. Onunla söhbət edərkkən soruşdum əhali barədə o da vurğuladı ki,  onların da kəndində hal hazırda 11-12 evdə yaşayış var. Yayda isə 90-a yaxın evdə yaşayış olur. Demək olarkı qabaqlar 600 yaxın adam yaşayırmış. İnsanlar  çətinliklərə görə oranı tərk edirlər. Yaşlı nəsil də demək olar az qalıb. Belə olan halda həm də dil unudulur. Kitab çoxdan hazır olsa da maddi çətinliyə görə Əhməd min bir çətinliklə yazdığı Azərbaycanca-Hapıtca lüğətini hələki çap etdirə bilmir. Düşünürəm bu ilin sonuna qədər çox az miqdarda da olsa bu kitabı Əhməd üçün hazır edə biləcik.