Yazıçı-jurnalist Nurəddin Ədiloğlunun qələmə aldığı bu kitaba Vətən müharibəsində həlak olmuş Masallıda və Masallıdan kənarda boya-başşa çatan, ruhən bu torpağa bağlı olan Azərbaycan şəhid əsgər və zabitləri haqqında bədii-publisit məqalələr daxil edilmişdir. Oxucular bu kitab vasitəsi ilə şəhid valideynlərinin, müəllimlərinin, yaxın qohumlarının və əsgər yoldaşlarının xatirləri ilə tanış olacaqlar. Kitaba eyni zamanda, ikinci Dünya müharibəsində iştirak edən və birinci Qarabağ müharibəsində şəhid olmuş masallılar barədə məlumatlar da daxil edilmişdir. Əminik ki, bu kitab gənc nəslin vətənpərvərlik tərbiyyəsində mühüm rol oynayacaq və Vətənmüharibəsi haqqında biliklərini zənginləşdirməkdə faydalı mənbə olacaqdır.