İradə Şirzad qızı Məlikova bu gün respublikada özünə məxsus mövqeyi ilə tanınan vətənpərvər, ziyalı xanımlardan biridir. Elə tərcümeyi-halı da onun işgüzar, çətin maneələri tək başına dəf edən, Vətənin mübariz, qeyrətli qızı olduğunu göstərir.
O, axarlı-baxarlı, cənnət məkan Astaranın sitrusçuluğu ilə göz oxşayan Kijəbə qəsəbəsində 1968-ci ildə ziyalı ailəsində işığlı həyata göz açıb. Atasının işi ilə əlaqədar ailəsi sonralar Bakıya köçdüyündən İradə təhsilini Bakı məktəblərində alır. Orta təhsildən sonra İnşaat Mühəndislər İnstitunun məzunu kimi ixtisası üzrə müxtəlif yerlərdə məsul işdə çalışır. 2015-ci ildən isə müstəqil tədqiqatçı, araşdırmaçı olaraq respublikada fəaliyyət göstərir. İradə xanım ictimaiyyətçi kimi öz üzərində müntəzəm çalışdığından nəticədə fəaliyyəti uğurlu alınır. O, cənub bölgəsinin məktəblərində tədris edilən 1,2,3,4-cü sinif və metodika kitablarının nəşri, məzmunu, bədii tərtibatı, nəşrin mətndəki dil üslüb qaydalarının uyğunluqlarının qiymətləndirilməsində Təhsil Nazirliyin ekspertidir.
İradə Məlikova 2017-ci ildə iyun ayında təsis etdiyi ayda bir dəfə işıqlandırdığı “DODO” ictimai qəzetin baş redaktorudur. Respublikada yaşayan azsaylı xalqların dillərində çap olunan qəzetdə milli adət-ənənələr, folklor nümunələri, atalar sözləri, şerlər, ziyalıların həyat yaradıcılığı ilə bağlı maraqlı yazılar talış, rus, azərbaycan dilində oxucuların nəzərinə çatdırılır.
İradə xanım Bakı Beynəlxalq Multikultirazlizm Mərkəzinin üzvü kimi dövlət tədbirlərinə dəvət olunan fəal ictimaiyyətçi xanımdır. O, həvəskar bəstəkar kimi 25-ə yaxın mahnının müəllifidir.
İradə xanım mehriban, qayğıkeş, sədaqətli həyat yoldaşıdır.
Həyat yoldaşı Rövşən Məlikov Birinci Qarabağ müharibəsində iştirak etmiş Kəlbəcər, Ağdərə, Tərtər və Ağdam rayonlarını erməni teroristlərindən azad olunmasında gedən döyüşlərdə cəsurcasına mübarizə aparanlardandır. Xüsusi təyinatlı “N” saylı hərbi hissənin baş giziri kimi Vətəninə həmişə sədaqətlə qulluq etmiş Qarabağ müharibəsinin veteranı kamandanlıq tərəfindən diplom və fəxri fərmanlara layiq görülüb.
Ağdamın müdafiəsi uğrunda gedən qızğın döyüşlərdə mərmi partlayışından sarsıntı keçirsədə müvazinətini saxlayaraq döyyüşlərii davam etdirmişdir. Rövşən bu gün də Vətən yolunda canından keçməyə hazırdır.
İradə Məlikova qəlbi yaralı anadır. İlk nübarı 16 yaşlı Leylası yaşadıqları mənzildə dəm qazından zəhərlənərək 13 gündən sonra dünyasını dəyişib. Bu dəhşətli faciə əzizlərini, xüsusən anasını çox sarsıdıb. Uzun illərdir ki, İradə hələ də unudulmaz hadisənin təsiri ilə yaşayır. O, təsəllini yeganə balası, Memarlıq Universitetini birirdikdən sonra memar Məhəmməddə tapır. Oğlu məsul işdə çalışmaqla yanaşı anasının çoxşaxəli fəaliyyətini dəstəkləməklə, bir növ onun yardımçısıdır.
Ayda bir dəfə işıq üzü görən “DODO” İradənin həyat yoldaşı Rövşənin və oğlu Məhəmmədin qayğısı ilə respublikada tanınan ictimai mətbu orqanıdır.
İradə Məlikova 15-ə yaxın kitabın müəllifi, bir çox kitabların redaktoru, tərtibatçısı, tərcüməçisidir. Yotube kanalında “İradə DODO TV” yaratmış, burada Azərbaycanın milli mənəvi dəyərlərinin dünyaya tanıdılmasında təqdirəlayiq fəaliyyət göstərir.
Ulu öndər Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrdə əməyi “Şöhrət” ordeninə layiq görülmüş, artıq haqq dünyasında olan nüfuzlu şəxsiyyət Şirzad Baxşıyevin qızı İradə xanımın yaradıcılıq fəaliyətini düşünəndə “Ot kökü üstə bitər” el məsəli yada düşür.
Gülnar Əsədli
jurnalist
(Həkəri qəzeti 10№ dekabr 2021-ci il)