Professor Əbulfəz Rəcəbli “DODO” redaksiyamızın qonağı idi.
Talış dilimizlə bağlı bir çox sualları professora verib cavab aldım. Professor redaksiyamıza gələndə söylədi ki, İradə Dodo parkda oturmuşdum bir yoldaş dedi ki, sizin İradə Dodonun bir kitabı çapdan çıxıb. Əli ilə də bir qarış göstərərək ağız dolu dediki bu qalınlıqda bir kitabdır. Düzü çox sevindim bu xəbərdən. Kitabı Əbülfəz müəllimə göstərdim. Ona xas olan xasiyyəti ilə dərhal səhvlərimi göstərdi. Buna baxmayaraq sevincini də gizlətmirdi. Professora heyran qaldım 86 yaşda olan bu ziyalının, zehninə, yaddaşına və görmə qabiliyyətinə söz ola bilməzdi. Allah ona can sağlığı versin. Professor gəlişinizlə şərəf verdiniz.