2000-2500 il bundan qabaq talışların əcdadları qaraya hınd demişlər. Sonralar turklər bu çayı Qarasu adlandırmışlar. Deməli, Assuriyalılar Qarasu çayını keçib Baktriyaya soxulmuşlar.
Digər bir fakt. Əfqanıstanın qədim tarixində qeyd olunub ki, Bəlx Kuşan imperiyası dovründə Buddizmi qəbul etmişdir. Motəbər Arxeoloqlar da burada ancaq Budda ilə baglı abidələr tapmışlar.
Müasir tarıxçılər Parfiyanı cənubi Turkmənistan və Xorasanın qumlu susuz səhralarında yerləşdirirlər. Amma Strabon özünün “Coğrafiya” əsərində Parfiyanı kiçik dağlıq, sıx meşələrlə örtülü kasıb ölkə adlandırıb. Herodot “Tarix” əsərində Parfiya atlarını həm də Midiya atı adlandırır. Bu onu təsdiq edir ki, Parfiya Midiyanın tərkibində olub. Parfiyanı Orta Asiyaya aparanlar bu mənbələrdə verilən faktları ayaq altına alıb keçirlər.
Azərbaycan SSR El.Akademiyasının sıfarişi ilə Dyakonov və İqrar Əliyev “Midiya Tarixi” monoqrafiyalarını yazmışlar. İnkarolunmaz faktdır ki, Midiyanın qurucusu Deyok olmuşdur. (Herodotun məlumatı). Assuriya mənbələrinə görə ll Sarqonun dilindən deyilir. Mən Deyoku ailəsi ilə birlıkdə tutub Amatuya ( Y.Yusifov bu yeri Hamat şəklində qeyd edir) köçürtdüm. Amma heç bir əsas gostermədən həm Dyakonov, həm də İ.Əliyev Deyokun Suriyaya sürgün olunduğunu yazırlar. Mənbədə Suriyanın adı çəkilmir. Bu da Akademiklərin mənbəyə munasıbəti. Özü de izah eləmirlər ki, Suriyaya sürgun olunan insan Xəzərin cənub qərbində Midiya dövlətini necə qura bildi? Cavab yoxdur. Çunki mənbələrdən sui-istifadə edirlər. Herodotun “Tarix” əsərinin Midiya ilə bağlı hissəsini diqqətlə oxuduqda məlum olur ki, Deyok yaratdığı dövləti Şah və şahdan aşağıda duran altıpilləli kabinet vasitəsi ilə idarə etmə prinsipi yaradıb. Lakin Midiya tarixini yazan akademiklər Deyokun seçmə adamlardan qurduğu altı təbəqəni altı tayfa (etnos) adlandıraraq Midiya tarixini dolaşığa salmışlar. Bü da sizə mənbə və mənbəyə münasibət. Bü haqda xüsusi araşdırmalarım var. Hələlik açıqlamaq istəmirəm.
(ardı var)
İlqar Səfərov
Lerik, Noda