Bu gün Azərbaycan Respublikasının Təhsil Naziri cənab Emin Əmirullayev Lənkəran rayonuna səfər etmişdir. Hörmətli nazirimiz səfərini, rayonun ən ucqar dağ kəndlərindən biri olan, rayon mərkəzindən 36 km uzaqda yerləşən, vaxtı ilə Gəgiran kəndinin bir məhəlləsi olmuş, 1999- cu ildən Jidi kəndi kimi status almış kəndin ümumi orta məktəbindən başlamışdır.
Cənab nazirimiz məktəbin ibtidai sinif müəlliməsi Leyla müəllimənin sosial şəbəkədə paylaşdığı videonu bəyəndikdən sonra, Lənkəranda ikən Jidi kənd ümumi orta məktəbinə baş çəkmiş, buradakı vəziyyətlə tanış olmuş, həm məktəbdə dərs deyən müəllimlərin, həm də Leyla müəllimənin dərsində olmuş, şagirdlərin bilik və bacarıqlarını səviyyəsi ilə maraqlanmışdlr. Qısa və olduqca maraqlı olan bu görüş zamanı cənab nazir həm Leyla müəllimənin dərs dediyi şagirdləri ilə həm də məktəbin pedaqoji kollektivin üzvləri ilə xatirə şəkilləri çəkmişdir.
Rayonun dağ kəndlərinin həyatında ilk və yeganə yadda qalan hadisə idi ki, Təhsil Naziri ucqar bir dağ kəndinə səfər edirdi.
Amma çox əfsuslar olsun ki, cənab nazir, bir il öncə fevral ayında istifadəyə verilən, şagird və pedaqoji kollektivin yolunu səbirsizliklə gözlədiyi Gəgiran kənd tam orta məktəbinə baş çəkmədi.
Bütün sakinlər və hər iki məktəbin pedaqoji kollektivləri adından, müəllim əməyinə və naliyyətinə qiymət verib, uzaq bir məsafəni qət edib Jidi kənd ümumi orta məktəbinə səfər edən nazirimizə öz təşəkkürümüzü və minnətdarlığımızı bildiririk.
 
Mehman Əliyev
Lənkəran rayonun Gəgiran kənd tam
orta məktəbinin tərbiyə işləri üzrə direktor müavini