(Əvvəli otən sayımızda)

Oxudugum kitablardan İsgəndərin O.Asiyada olmasına mənədə inamsızlıq yaranıb. Amma onun Zaqafqaziyada, o cümlədən indiki Talış mahalında 3 ilə yaxın yaşamasına tam əmin olmuşam. Dara geri baxmadan irəli gedirdi. O Midiyaya, ordan Parfiyaya, ordan da Baktriyaya getmək fikrində idi. İ.Əliyev Atrpatena tarixində Daranın son ümidi Kadusilər oldugunu yazır. Doğru sitatdir. Kadusilər Baktriya sakinləri idilər. İ.Əliyevə görə Dara Əfqanıstanın Bəlxinə qaçır. Məntiqlə duşunəndə belə çıxır ki, Dara getdiyi yeri tanımır. Çunki Əfqanıstana qaçan Talış dağlarındakı Kadusilərlə bel bağlamaz.

Əslində Dara Talış dağlarındakı Baktriyaya gedirdi. Kadusilər də orada yaşayırdilar.

Plutarx yazır ki, İsgəndər ordusunu Raq şəhərində istirahata buraxdı. Ozü yungul silahlanmış kiçik dəstə ilə təqibi davam etdirdı. İ. Əliyeva görə Raq Tehrandır. Tehrandan kiçik dəstə ilə 1500-2000 km uzaqlıqda olan Baktriyaya getmək şox təhlukəlidir. İsgəndər 60-70 km yol gedib Hirkaniyanın şirin sulu körfəzinə rast gəldi (Plutarx). Ordan da Parfiyaya qalxdı və Daranın öldüyünü öyrəndı. Bu körfəz məsələsi həmişə gizlədilir. Amma Şofman özünün “İsgəndərin şərq siyasəti” əsərində bü körfəzi dənizin şimalına aparıb çıxarır. Burda deyiblər üzru gunahından bətər.

İsgəndər Hindistandan qayıdan kimi Parfiyaya gəlir ki, atların vəziyyəti ilə tanış olsun. Bunu eşidən Atropat tez özünü ona çatdırır. Əyər İsgəndər Aşqabadda atlara baxırdısa Atropat bunu necə öyrandi. 2000 km. yolü bemə günə getdi? İsgəndəri zorla Orta Asiyaya aparanlar bu uzaq yolları heç yadlarına saldılarmı. İsgəndər zəbt elədiyi yerlərdə qısa müddətdə şəhərlər salırdı. Bü tarixçilər heç fikirləşdilərmi bü susuz, meşəsiz çöllərdə bü şəhərlər hansı materialist inşa edirdilər.

Məndən mənbə, qaynaq istəyən dostlarım Sizin sevimlı tarixçiləriniz yazdıqları saxta tarixlə mənbələrin, qaynaqların hər iki üzünə elə tüpürublər ki, tarix elmi virusa yoluxub.

Allah tarix elminə şəfa versin.

(ardı var)

İlqar Səfərov

Lerik, Noda