YAP İdarə Heyətinin qərarına əsasən Tibb üzrə fəlsəfə doktoru, dosent, Lənkəran Tibb Kollecinin direktoru, Lənkəran MRX-nin uşaq cərrahı Əmənullayev İqbal Qabil oğlu YAP Lənkəran rayon təşkilatının sədri vəzifəsinə təyin olunub.

İqbal həkim daim Dövlət və dövlətçiliyimizə cismən və ruhən bağlı olan bir ziyalı olmuşdur. Dəyərli alim, əvəzolunmaz müəllim, şəfalı əllər sahibi, ağsaqqal ziyalı, fəal ictimaiyyətçi, dosta sadiq, qonum-qonşuya, qohuma mehriban…sadalananlar İqbal müəllimin ideal xarakter cizgiləri, həyat kredosudur. Cənub bölgəsinin ziyalıları Qrupu olaraq təyinatı münasibətilə İqbal həkimi təbrik edir, yeni vəzifəsində uğurlar diləyirik.

 

Malik Balaşov