Lənkəranda bir şair var, adı Tofiq Həsənli,
Şerlərində sözləri də, bir-birindən kəsərli.
Şerlərini oxuyanlar, tapır vallah təsəlli,
“Polad qalxanlara qələm çırpır”, Tofiq Həsənli.
Bu gün, yanvar ayının 22-də, Qaladakl “Çay evi”ndə, Xan Lənkəranımızın yaradıcı insanları arasında özünün dəst-xətti olan, şeriyyatın bütün növlərinin kamil bilicisi və bütün növlərində qələmini sınayan, qələmi ilə polad qalxanlara qalib gələn, səmimi bir insan, sözün əsil mənasında xalqın məhəbbətini və sevgisini qazanmış Tofiq Həsənlinin “Polad qalxanlara qələm çırpıram” şeirlər kitabının təqdimatı keçirildi. Yüzlərlə yaradıcı insanların iştirak etdiyi bu tədbirdə mən də Tofiq bəy tərəfindən dəvətli idim.
Böyük ruh yüksəkliyi ilə deyə bilərəm ki, bu təqdimatda iştirak edən Bakıdan, Yardımlıdan, Masallıdan, Lerikdən, bir sözlə Tofiq Həsənli yaradlcılığına hörmət edən yaradıcı insanlarla bir yerdə olmaq mənə xoş təsir bağışladı. Başda Azərbaycan Yazıçılar Birliyinin Lənkəran filialının sədri Qafar müəllim olmaqla,
LDU-nun professoru Yədulla Ağazadə, şairə xanım Xatirə Xatun, Ceyran müəllimə, Yardımlıdan gəlmiş şair İqbal Nəhmət, Masallıdan Zair Əmənov, Ağamir Cavad, Ziyafət müəllim, Siyavuş müəllim, İdrak müəllim və onlarla yazarlar şairin yaradıcılığı haqqında ürək sözlərini bildirdilər. Təqribən 3 saatdan çox davam edən tədbirin sonunda Tofiq Həsənli öz şeir, qəzəl və bəhri-təvillərindən məclis iştirakçıları üçün əzbərdən söylədi.
Bir daha Tofiq bəyi yeni kitabının təqdimatı münasibətilə səmimi qəlbdən təbrik edirəm, arzu edirəm ki, növbəti kitablarlnın təqdimatı daha böyük saraylarda keçirilsin.
Mehman Əliyev