Səs-səmirsiz yaşayıb, yaradıb qeybə çəkilən böyük alim Beytulla Bağırov. Beytulla Bağırov 21 mart 1938-ci ildə Masallı rayonunu Çayqıraq kəndində anadan olub. 1960-cı ildə BDU-nun Şərqşunaslıq fakultəsini bitirib. Həmin ildən də Akademiyanın Şərqşünaslıq institutunda elmi fəaliyyətə başlayıb. Son nəfəsinə qədər, yəni vəfat etdiyi 2018-ci ilə qədər bu elm ocağında reklamsız, səssiz şəkildə duz 58 il gündüzünü gecəsinə qataraq öz xalqı üçün böyük bir irs qoyaraq sanki qeybə çəkildi.

Hələ keçən əsrin 80-ci illərin sonlarında Çayqıraqda tələbə yoldaşım Tahir Bağırovun evində Beytulla muəllimin bir qəzet məqaləsi ilə tanış olmuşdum. İllər keçəndən sonra doktor Hilal Məmmədovun Beytulla müəllim haqqında teleçıxışını dinlədim. Onun üç kitabdan ibarət “Filosofskoe nasledie İrana” monoqrafiyasının çapdan çıxdığını, lakin şox az, 100 nusxə tirajla çap olunduğunu öyrəndim. Bü cür qiymətli mənbənin kitabxanamda olması mənim üçün böyük hədiyyə ola bilərdi. Sağ olsun Tahir müəllim, qısa müddətdə hər üç kitabı alıb mənə hədiyyə etdi.

I kitab 552 səhifədən, 20 paraqrafdan;

ll kitab 568 səhifədən, 15 paraqrafdan;

lll kitab 536 səhifədən, 15 paraqrafdan ibarətdir.

Monoqrafiya rus dilində, özü də kutləvi oxucu üçün nəzərədə tutulmamışdır. Əsər təxminən lll min ildən böyük bir dovri əhatə edir.

l kitab əsasən Midiya, Əhəməni və Makedoniyalı İsgəndərin imperiyaları ilə bağlı zaman intervalında baş verən tarixi hadisələr və bu hadisələrin təsiri ilə meydana gələn elmi, dini fəlsəfi irslə bağlıdır.

ll kitab Parfiya və Sasani imperiyalarında gedən hadisələrdən doğan elmi, dini fəlsəfi inkişafdan, imperiyaların tənəzülündən, yeni məktəblərin meydana gəlməyindən bəhs edir.

lll kitab Orta əsrlərdən müasir İran İslam Respublikasının son illərinə qədərki dovri əhatə edir.

Bü monoqrafiya Talış xalqının tarixi keçmişini öyrənmək üçün çox zənqin mənbədir.

İlqar Səfərov

Lerik, Noda