Xalqı xalq edən, milləti millət edən onun ana dilidir.
-Millətin milliliyini ən birinci təsdiq edən onun dilidir.
-Mədəniyyət və dil qədər insanın millətini ucaldan şey yoxdur.
İki şey insanın milliliyini, millətini ucaldır.
Onun biri dilidir, ikincisi mədəniyyətidir.
H.Əliyev
Bəli İki şey insanın milliliyini, millətini ucaldır. Bu onun mənsub olduğu millətinin dili və mədəniyyətidir. Dünyada 7105 dil mövcuddr. Məhz bunlardan 2303 dil geniş istifadə olunur. Qalan dillər isə az aktivdir. Bu 7105 dil qrupunu bir xalçaya bənzətmək istərdim. Hər dil bu xalçanın bir ilməsi olanda naxışlar çox gözəl və al-əlvan görünür. Əgər xalçadan bir ilmə itərsə çox təəssüf ki, xalçanın bütün gözəlliyi itir…
Ana yurdumuz Azərbaycanda yaşayan xalqlar sovetlər birliyi dağılandan sonra az da olsa bəzi nailiyyətlərə nail olub. O, xalqlardan biri də mənsub olduğum talış xalqıdır. Bu gün Beynəlxalq Ana Dili günüdür. Hamınızı təbrik edirik. Son illər gec də olsa çox işlər görə bilmişik. Elm və Təhsil Nazirliyi tərəfindən talış dilində orta məktəb kitabları talışların kompakt yaşadığı Lənkəran, Masallı, Astara və Lerik rayonlarının kəndlərindəki məktəblərdə paylanılıb. Çox təəssüf ki, metodika kitabı nəşr olmadığından müəllimlərə dərs kieçilməsi üçün sözü gedən metodikə kitabları verilməyib.
Buna da şükür edirik ki, saytımız elə bu fevral ayının 12-dən yenidən işinə başlayıb. www.dodoqezeti.az saytı “DODO” qəzetindən bir ay öncə yəni 2017-ci ilin may ayından fəaliyyətinə başlamışdır. Sayt maliyyə çətinliklərinə görə fəaliyyətini dayandırmışdı. Çox sağ ol deyirik İT-ilə məşğul olan qardaşlar da sayt problemimizi bu yolla özləri həll etdilər. “DODO” qəzeti isə bu il artıq 8 ildir ki öz hesabımıza nəşr edilir.
Bu son on il ərzində bəlkədə 100-dən artıq talış dilində kitablar yazarlar tərəfindən nəşr edilib və oxuculara paylanılıb. EXPO-da hər keçirilən sərgiyə dəvətimiz üçün Mədəniyyət Nazirliyinə öz təşəkkürümüzü bildiririk. Hər il Beynəlxalq Kitab sərgisində “DODO” stendi də iştirak edir və talış dilində kitablarımızı sərgidə nümayiş etdirə bilirik.
Bir daha hamınızı 21 fevral Beynəlxalq Ana dili günü münasibəti ilə “Dodo” redaksiyası adından təbrik edirik. Ümid edirik ki, qalan problemlər də bu il öz həllini tapacaq. Həm qəzetin, həm də saytın Mediya Agentliyi tərəfindən bütün xərclərinə dəstək olunacaq.