Köniqsberq üzərində Qələbə bayrağını qaldıran
Azərbaycanın ən gənc qəhrəmanı!!
Biz Azərbaycanda bunu İkinci Qarabağ müharibəsindən sonra xüsusilə aydın hiss etdik.
Əsgərin dövlət mükafatları alıb-almamasının, könüllü kimi döyüşə getməsinin və ya hərbi xidmətə çağırılmasının fərqi yoxdur. Vətəni işğalçılardan qoruyan istisnasız hər kəs qəhrəmandır.
Lakin 40-cı illərin qəhrəman nəsli arasında da öz cəsarəti, hazırcavablığı və ya mətanəti ilə seçilənlər var idi və onlar “Sovet İttifaqı Qəhrəmanı” adına layiq görüldülər.
Bu qəhrəmanlardan biri haqqında danışacağıq. Cəbiyev Mirzə Ağamurat oğlu Astara rayonunun İranla tam sərhəddə yerləşən Hamoşam dağlıq kəndində anadan olub.
Onların kəndinə müharibə xəbəri gec-gec gəldiyndən, cəbhədə ilk əhəmiyyətli itkilər verildiyi üçün Mirzə dostları və sinif yoldaşları ilə birlikdə dərhal cəbhəyə getməyə qərar verir. Yalnız 1943-cü ilin əvvəlində, 18 yaşını gözləmədən, Cəbiyev könüllü olaraq cəbhəyə getməyə ikinci cəhd edir.
Fiziki cəhətdən güclü, bacarıqlı, aşkar liderlik keyfiyyətləri olan Qırmızı Ordu əsgəri, bir neçə ay ərzində çavuş rütbəsi alır. Oğlanın cəmi on səkkiz yaşında olduğunu nəzərə alsaq, olduqca nadir bir hadisədir. 1943-cü ilin dekabrında Mirzə ilk yarasını alır (onun cəmi dörd yarası var idi). Tez səhra xəstəxanasında sağalıb döyüşə qayıdır. Fevralın 4-də Bondari kəndi ərazisində faşist müdafiə xəttinin sıçrayışı zamanı Cəbiyev ilk olaraq alman səngərlərinə soxulmuş, səkkiz düşmən əsgərini pulemyot atəşi ilə öldürmüşdür.
1945-ci il aprelin 9-da Mirzə Ağamurat oğlu Cəbiyev və bir qrup əsgər Köniqsberq küçələrindən birində almanlar tərəfindən müdafiə istehkamına çevrilmiş evi ələ keçirdirlər. Leytenant Cəbiyev şəxsən 8 nasisti öldürüb, 13 nəfəri əsir götürüb. O, yaralanır, ancaq qala tamamilə ələ keçirildikdən sonra xəstəxanaya aparılır.
SSRİ Ali Soveti Rəyasət Heyətinin 1945-ci il 19 aprel tarixli Fərmanı ilə komandan tapşırıqlarını nümunəvi yerinə yetirdiyinə və faşist işğalçıları ilə döyüşlərdə göstərdiyi şücaət və qəhrəmanlığa görə leytenant Mirzə Ağamurad oğlu Cəbiyev Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş və “Qızıl Ulduz” medalı ilə təltif edilmişdir.
MİRZƏ CƏBİYEV SOVET İTTİFAQI QƏHRƏMANI ADINA LAYİQ GÖRÜLƏN ƏN GƏNC AZƏRBAYCANLI OLUB.
Otuz ildən sonra II Dünya Müharibəsində Qələbənin qeyd olunduğu gün veteranlarla görüşdə respublikamızın rəhbəri, ümummilli lider Heydər Əliyev Mirzə Cəbiyevə deyir: “İnanmaq çətindir ki, Azərbaycanın yüksək dağlıq kəndindən olan 19 yaşlı yeniyetmə Sovet İttifaqı Qəhrəmanı ola bilər. Bu, Azərbaycanın doğrudan da qəhrəmanların, əsl kişilərin vətəni olduğuna əyani sübutdur”.
Bəli, məhz bu gün qəhrəmanımızın 100 yaşı tamam olur. Allah qəhrəman Mirzə Cəbiyeva qəni-qəni rəhmət eləsin. Dünən ailəsi tərəfindən onun qəbri ziyarət edilib. May ayında isə onun 100 illik yubileyinin keçirilməsi nəzərdə tutulub. Bu gün saat 21:00-da isə onun oğlu Bəxtiyar Cəbiyev, Mühəddin Əliyev və Mərifə Əzizqızı ilə “DODO” TV-nin canlı efirində görüşümüz olacaq. Bu görüşdə gənc qəhrəmanımız Mirzə Cəbiyevin Hamuşan kəndi üçün etdiklrindən geniş söhbət açacıq. Hamuşam kəndinin folklor kulubunun müdiri şairə Mərifə Əzizqızının Mirzə Cəbiyeva yazdığı iki şeirini sizlərə çatdırmağı özümüzə borc bilirik.
Videodakı şeir yazar Mərasim Hacızadənin qəhrəman haqqında yazdığı “Qartal zirvəyə qonar” kitabdan götürülmüşdü. Şeiri oxuyr Hamuşan kəndinindən Ömər Familoğlu.
QALX AYAĞA, MİRZƏ BABA
Dağlar oğlu, dağ vüqarlı,
Elin mətin, igid oğlu.
Keçdiyin yol haqqın yolu,
Qalx ayağa, Mirzə baba.
Bulaqların çox kövrəlib,
Gül-çiçəklər başın əyib.
Dağlar sanki qəribsəyib,
Qalx ayağa, Mirzə baba.
Sağalmayan yaralara,
Məlhəm oldun, Mirzə baba.
Odu sönmüş ocaqlara,
Sən od oldun, Mirzə baba.
Arzuların zəfər çalıb,
Qalx sevinsin, bu el-oba.
Şad gününə elin gəlib,
Qalx ayağa, Mirzə baba.
Qeyrətindən güc almışıq,
Zirvələrə ucalmışıq.
Yeni zəfərlər çalmışıq,
Qalx ayağa, Mirzə baba.
ÇƏMƏ FƏXİŞ MİRZƏ DƏDƏ
Çı ğəhrəmon Mirzə Vətən,
Həmoşəme, həmə bıznən.
Har kəsiro əv qıləy yolbe,
Zəhmış hestbe, həmə bıznən.
Həxi nədəy bə nohəxi,
Konce həxbe, əv əyobe.
Çəy çəşən bıəbəy əqər,
Rost koncobe, əv əyobe.
Çəy sıxani həmmə əpi,
Xoşış nəvoy bə har qəpi.
Har ki dasti bənəy çəpi,
Əv də rosti ənəy roysə.
Tı bə xəlği vey anqılbiş
Eli peştdə tı bandbiş.
Çı məholi yolə sipiriş,
Çı diy dılbiş Mirzə Dədə.
Har sıxandə zəhme hestbe,
Bə nohəxi kəsre hestbe,
Bə kosibi rəhme hestbe,
Zəhmətkəşbiş Mirzə Dədə.
Ğıryətədə tı Babəkbiş,
Zu ğıvvətdə Koroğlubiş.
Çı məholi ğəhrəmonbiş,
Çəmə fəxriş Mirzə Dədə
Mərifə Əzizqızı
Astara, Hamuşam
Dünən qəhrəmanımızın qəbri yaxınları tərəfindən ziyarət olunub.