
Hörmətli Nazirimizin müvafiq əmrinə əsasən taleh elə gətirdi ki,mən Lənkəran Xan sarayına yəni, Tarix diyarşünaslıq muzeyinə direktor təyin edildim.Bir tarixçi kimi binanın hər bucağıni nəzərdən keçirtdim,bu əzəmətli binanın neçə müəssəyə şahidlik etdiyini bir daha xatırladım.Bu tarixi binanın bönüvrəsini qoyduran,sevdiyi xanımından ötrü binani ucaldan Mirəhməd Xanın nakam talehi gözumdə canlandı.Bu gün Lənkərana gələn hər bir qonaq və turistlər gəldiyi muzeydən xoş təsəruatlarla ayrılırlar.
Halalıq deyilən bir anlayış var.
Uzaq fransada 42 yaşında xəstəlikdən vəfat edən 1916 ci ildə nəşi Lənkərana gətirilən və Lənkəranda Sardəxıl adlanan qəbristanlıqda böyük izdihamın nəzarəti ilə basdırılan Mirəhməd Xanın məzarını əməkdaşlarla birlikdə ziyarət etdim, Anamın mənə miras qoyduğu sənətdən əldə etdiyim, puldan ona Quran tapşırdım onuda qeyd edim ki, artıq 2ci ildir burdayam,müqəddəs Ramazan Bayramında bu missiyanı həyata keçirdirəm,ruhum çox rahatdır.
Lənkəranın İcra hakimi işləmiş fədakar xanım rəhmətlik Dilrubə Camalovanın sayəsində Mirəhməd Xanın məzarı bərba olunmuşdur.
Muzeyin əməkdaşlarına da tapşırdım ki,ildə bir dəfə məzarı ziyarət edib,gələcək nəsillərə örnək olaq.Allah Mirəhməd Xana,Yasamal qəbristanlığında basdırılan, məzarı naməlum qalan Qafqazda gözəllik müsabiqəsində 1ci yeri tutan,Cənub gözəli Tuğra xanıma rəhmət etsin, məkanları cənnət olsun.
(Leyla Məcidovanın faccebook səhifəsindən)
Leyla Məcidova
Lənkəran Tarix diyarşünaslıq muzeyinə direktoru