“Hörmətli Azərbaycan xalqı, Dövlət Təhlükəsizlik Xidmətinin 106 illiyi münasibətilə səmimi təbriklərimizi çatdırırıq. Bu gün, vətənimizin təhlükəsizliyini təmin etmək və qorumaq üçün canını fəda edən bütün şəhidlərimizi ehtiramla anır, onların əziz xatirələrini dərin hörmətlə yad edirik. Ulu Öndər Heydər Əliyevin dövlətçiliyimizə və təhlükəsizliyimizə verdiyi töhfələr hər birimizin qəlbində əbədi yaşayacaq. Dövlət Təhlükəsizlik Xidmətinin bütün əməkdaşlarına can sağlığı, uğurlar və vətənə sədaqət arzulayırıq.”
Hörmətlə:
İradə Məlikova
“Dodo” qəzetinin baş redaktoru