Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan ABŞ-ın vasitəçiliyi ilə Vaşinqtonda görüş keçiriblər. Görüşdə ABŞ Prezidenti Donald Trump da iştirak edib.

Tərəflər Cənubi Qafqazda nəqliyyat əlaqələrinin bərpası və yeni tranzit marşrutunun yaradılması barədə saziş imzalayıblar. Saziş çərçivəsində “Trump Route for International Peace and Prosperity” (TRIPP) adlanan yeni dəhlizin infrastruktur layihələrinin həyata keçirilməsi nəzərdə tutulur.

Müqaviləyə əsasən, dəhlizdən dəmir yolu, avtomobil yolu, enerji və telekommunikasiya xətləri keçəcək. ABŞ bu marşrutun inkişafı üçün uzunmüddətli investisiya öhdəliyi götürüb.

Razılaşma həmçinin bölgədə iqtisadi əməkdaşlığın genişləndirilməsi və sülh prosesinin davam etdirilməsini hədəfləyir.