Lerik Rayon İcra Hakimiyyətinin başçısı hörmətli Əkbər Abbasova ağır itki üz vermişdir. Tanınmış ziyalı, ömrünün böyük hissəsini xalqımızın sağlamlığına və dövlətçiliyimizə xidmətə həsr etmiş Bəxtiyar Abbasov 74 yaşında vəfat etmişdir.
Bəxtiyar müəllim uzun illər Şamaxı Rayon Mərkəzi Xəstəxanasının baş həkimi və Yeni Azərbaycan Partiyası (YAP) Şamaxı təşkilatının sədri kimi məsuliyyətli vəzifələrdə çalışaraq yüksək peşəkarlığı və insani keyfiyyətləri ilə dərin hörmət qazanmışdır.
Mərhumun vəfatından kədərləndiyimizi bildirir, Əkbər müəllimə və ailə üzvlərinə dərin hüznlə başsağlığı verir, Allahdan onlara səbir diləyirik.
Allah rəhmət eləsin!
“Dodo” redaksiyası
