Əziz oxucularımız, dəyərli həmvətənlər!

Sizi baharın gəlişini, yenilənməni, ümid və bərəkəti müjdələyən müqəddəs Novruz bayramı münasibətilə səmimi qəlbdən təbrik edirik!

Novruz xalqımızın ən qədim və ən əziz bayramlarından biri olaraq, milli-mənəvi dəyərlərimizi, adət-ənənələrimizi yaşadır, bizi birliyə, həmrəyliyə səsləyir. Bu gözəl bayram hər ocağa ruzi-bərəkət, sevinc, əmin-amanlıq gətirsin.

Qoy yanan tonqallar ürəklərimizdəki bütün qüssə və çətinlikləri yandırsın, yerini sevincə, xoş günlərə və uğurlara versin. Yeni il hər biriniz üçün sağlamlıq, xoşbəxtlik və uğurlar ili olsun!

Hörmətlə,
İradə Məlikova
“Dodo” qəzetinin baş redaktoru