Rusiyanın ilk Enerji və Yanacaq naziri Vladimir Lopuxin 68 yaşında vəfat edib.


Qaynarinfo xəbər verir ki, bu haqda onun dostu Denis Draqunski Facebook-da yazıb.

Draqunski “Danışır Moskva” ilə söhbətində Lopuxinin koronavirus infeksiyası ilə yoluxduqdan sonra öldüyünü söyləyib. O, özünün mənəvi və əqli tərcümeyi-halındakı çox şeyə görə Lopuxinə borcu olduğunu vurğulayıb.


Lopuxin 1991-1992-ci illərdə beş ay Rusiya Federasiyasının Energetika Nazirliyinə rəhbərlik edib. Daha sonra bank işi və analitika ilə məşğul olub.

 

Alpər