Millət vəkili Aqil Abbas İctimai Televiziyanın “Diqqət mərkəzi” verilişində qonaq olarkən maraqlı fikirlər səsləndirib. 


Mədəniyyətimizin təbliği mövzusunda həmsöhbət olan millət vəkili Mədəniyyət Nazirliyinin keçirdiyi Dolma festivalını misal gətirərək deyib:

“Ermənilər deyir, dolma bizimdir. Biz də onların acığına Dolma festivalı keçirdik. Çempion kim oldu? Braziliya! 


Tahir Əmiraslanov deyir ki, 200 dolma növümüz var. Bəs necə olur ki, Braziliya o boyda yolu gəlib, çempion oldu? Deməli, sənin deyil də dolma”.