Müğənni Rüfət Axundov el şənlikləri ilə bağlı verdiyi açıqlaması ilə diqqətləri üzərinə cəmləyib.
Oxu.Az xəbər verir ki, “Xəzər” televiziyasında yayımlanan “5/5” axşam şousunda qonaq olan sənətçi iştirak etdiyi toy məclislərindən danışıb:
“Geridə qoyduğumuz fevral və mart aylarının bütün günlərində toyum var idi”.
Proqramın aparıcısı Zaur Kamalın “Təqvimlə toylara gedən müğənnisiniz?” sualına R.Axundov “İnanmırsınızsa, ansamblımın musiqiçilərindən soruşa bilərsiniz” cavabını verərək, bu fikirləri səsləndirib:
“Bu günlərdə toylarla bağlı çox böyük problemlər yaşanır. Toy sahiblərinə Allah səbr versin. Hətta elə oldu ki, toy sahibinin verdiyi behi geri qaytardım”.
Rəşad Əliyev