Milli Məclisin iclasında deputat Razi Nurullayev 2019-cu ilin dövlət büdcəsinin icrası barədə hesabatın müzakirəsi zamanı Maliyyə naziri Samir Şərifova sual ünvanlayıb.
Oxu.Az-ın xəbərinə görə, R.Nurullayev sualının həm də Mərkəzi Bankın sədri Elman Rüstəmova verildiyini bildirib.
“Samir müəllim, manatın dəyərdən düşməsində, maliyyə sistemimizin, ölkəmizin sosial-iqtisadi inkişafının ciddi ləngiməsində məsuliyyət daşıdığınızı qəbul edirsinizmi?”, – deyə R.Nurullayev bildirib.
Deputat daha sonra əlavə edib:
“O zamanın və bu günün maliyyə naziri kimi, sizin məsuliyyətiniz və günahınız olmayıbmı?”
Aqşin Kərimov