Samur-Abşeron su kanalında iki nəfər batıb.

FHN-dən Oxu.Az-a bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə, Samur-Abşeron su kanalının Qusar rayonu, Samur qəsəbəsi ərazisindən keçən hissəsində iki nəfərin batması barədə məlumat daxil olub.

Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Onların səyi nəticəsində hər iki boğulan şəxsin meyiti tapılıb. 

APA-nın şimal bürosunun verdiyi məlumata görə, Qusar rayonu, Samur qəsəbə sakinləri – 1993-cü il təvəllüdlü Əlirzayev Əlirza Tofiq oğlu və 1988-ci il təvəllüdlü Qasımov Vadim Ənibala oğlunun meyitləri sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.