“ATƏT-in Minsk Qrupunun həmsədrləri Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri ilə daim təmasdadırlar. Onlar Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının müzakirə olunduğu videokonfrans keçiriblər”.
TASS-ın məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
O, bu ayın sonuna kimi həmsədrlərin nazirlərlə növbəti qiyabi görüşünün planlaşdırıldığını da deyib.