Fransanın “Sent-Etyen” klubunun üç futbolçusu və iki texniki heyət işçisi COVİD-19 virusuna yoluxub.

Sport.ru klubun yaydığı rəsmi açıqlamaya istinadən xəbər verir ki, ötən gün komandanın 33 futbolçusu və 38 işçisi COVİD-19 testindən keçirilib.

Məlumatda qeyd olunur ki, virusa yoluxmuş futbolçular bir-biri ilə ünsiyyətdə olmayıb.

Hazırda klubun bütün üzvləri və texniki heyət işçiləri karantinə yerləşdirilib.