Daxili İşlər Nazirliyi Tovuzda qadının əri tərəfdən döyülməsinə münasibət bildirib.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun əməkdaşı, polis baş leytenantı Eşqin Qasımov Oxu.Az-a açıqlamasında bildirib ki, hazırda Mətanət Əsgərovanın müraciəti əsasında Tovuz Rayon Polis şöbəsində müvafiq araşdırma aparılır:

“Tibbi ekspertizanın rəyindən sonra məsələyə hüquqi qiymət veriləcək”.

16:47

Tovuz rayonunda kişi arvadını vəhşicəsinə döyüb.

Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından bildirilib.

Belə ki, rayonun Əhmədabad kənd sakini, 1987-ci il təvəllüdlü Mətanət Əsgərova ərindən polisə şikayət edib.

O qeyd edib ki, əri Xəqani Əsgərov tərəfindən döyülüb.

Nəticədə, qadın bətnindəki 11 həftəlik körpəsini itirib.

İlhamə Əbülfət