Tovuzda yük avtomobili minik maşını ilə toqquşub.
Baku TV xəbər verir ki, hadisə rayonun Köhnə Qala kəndində qeydə alınıb.
İlkin məlumata görə “KamAZ” markalı yük maşını VAZ-la toqquşub.
Hadisə zamanı bir nəfər həyatını itirib.
Qəzanın təfərrüatı dəqiqləşdirilir.