Şamaxı rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün saat 19:30 radələrində Bakı-Şamaxı yolunda, Şamaxı “ASAN Xidmət” Mərkəzinin qarşısında baş verib.
“Mercedes” markalı minik avtomobili yolu keçən piyadanı, Bakı şəhər sakini, Şamaxıda yaşayan 1996-cı il təvəllüdlü İsmayılova Tamam Akif qızını vurub.
Yaralı ağır vəziyyətdə Şamaxı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.