Ötən gecə Sabunçu ərazisində daha bir kafedə karantin qaydaları pozulub.

Oxu.Az xəbər verir ki, Rayon Polis İdarəsinin (RPİ) 12-ci Polis Şöbəsi (PŞ) əməkdaşlarının keçirdikləri reydlər nəticəsində Ramana qəsəbəsi, Şuşa şəhərciyində yerləşən “Qarabağ” kafesində epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin qaydalarının pozulması faktları aşkar edilərək, ümumilikdə 10 nəfər şəxs saxlanılıb.

İcarədarın barəsində İnzibati Xətalar Məcəlləsinin (İXM) 211.1-ci maddəsi ilə inzibati protokol tərtib olunaraq, baxılması üçün aidiyyəti üzrə Sabunçu Rayon Məhkəməsinə göndərilib.

12-ci PŞ-nə gətirilən digər doqquz nəfər barəsində İXM-nin 211.1-ci maddəsi ilə inzibati protokol tərtib edilərək, hər biri 200 manat məbləğində cərimə olunub və ümumilikdə 1800 manat məbləğin tam şəkildə ödənilməsi təmin edilib.