“COVID-19 infeksiyasına yoluxan reanimatoloq Elnur Abdullanın müalicəsi ilə bağlı məsələlər dövlətin nəzarətindədir”.
Bunu APA-ya açıqlamasında Mərkəzi Neftçilər Xəstəxanasının direktoru Musa Abbasov bildirib.
Musa Abbasovun sözlərinə görə, xüsusi rejimli xəstəxanalarda pandemiya ilə mübarizə aparan bütün həkimlərin səhhəti Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığına əsasən daim diqqət mərkəzində saxlanılır, eləcə də, virusa yoluxmuş tibb işçilərinin müalicəsi ilə bağlı bütün lazımi tədbirlər həyata keçirilməlidir.
Qeyd edək ki, COVID-19 infeksiyası ilə mübarizə aparan Mərkəzi Neftçilər Xəstəxanasının reanimatoloqu Elnur Abdulla özü də virusa yoluxduğundan bir neçə gün əvvəl xəstəxanaya yerləşdirilib.