Toxundum istinə kövrək əlimlə,
Üşüdüm çismindən soyuq ruhundan.

Tərk edib cahandan məğrur könlünü,
Köcdün bu, həyatdan təmiz ruhunla.

Uğurlu səfərin mübarək olsun,
Torpağın altı da, cənnətin olsun.
Yanında yığdığın səvabın olsun,
Getdiyin ziyarət məkanın olsun.

Düşünmə yoxluğun boşaldıb yerin,
Yaşarsan qəlblərdə yaşanan qədər.
Kədərli gözlərim unutmaz səni,
Əbədi yaşarsan varlığın qədər.

Ölümün acizi, aldı əlimdən,
Apardı uzağa, lap uzaq yerə.
İçimdən sovruldun, qopdu əlimdən,
Boşaldıb icimi doldun torpağa.

Əmanət qalmışdın ata anamdan,
Sən mənim şanımsan canım qardaşım.
Min qardaş doğulsa bil ki, ay qardaş
Doğulmaz ay qardaş sən tək anamdan.

Əziz oxucularım bildiyiniz kimi mən Xanım Muxtarova Ana yurdumuz Azərbaycanımızın dilbər guşəsi olan talış diyarından Lənkəran rayonunun, Boladi kəndində böyuk bir ailədə böyuyən qızlardan biriyəm. Uşağlığımı cox marağlı, mənalı, isti eyni zamanda cox cətin kecirtmiş, mehrıban sevilən bir qız uşağı olaraq xatırlayıram. Kəndimizdə hər damın altında böyuk ailə yaşayırdı, kimin evində 4 qız  6 oğlan, kiminsə evində 3 qız 5 oğlan, bizim isə evimizdə  9 oğlan bir qız varıdır. O zamanlar hec bir şeyin fərqınə varmadan, gunlərin hardan gəlib hara getdiyini bilmədən, biri birimizdən güc alırdıq böyüyürdük.  Söykəndiyimiz sığındığımız isti evimiz  vardı.  Nə qədər uzaqlaşsaqda sonunda evimizə yığışardıq. Axşamlar  qaranlıq olanda qonşuların evlərinin cırağı bir-birımızın heyətini ışığlandırırdı. Gündüzlər evlərimizin kölgəsində sərinlənərdik, yağış sularına yön verərdik, qar yağanda həyətlər arasında çığır acardıq, cörək bişirəndə təndir başına yığışardıq. Ağrı, açı nədir bilməzdik. Böyüdük. Əgər böyümək deyilərsə..

Düşündükçə uşaq olmaq istəyirəm, yənə bir yerdə olmaq ücün. İndi isə ailəmiz daha da böyüyüb hər birimizin öz damı öz sığındığımız evimiz var. Damımızın altında sevdiyimiz, sevildiyimiz anlar, sınıq qəlb, kədərli gözlərimiz var. Kədərli anımı sizinlə böluşmək istəyirəm. Bəzən bizim istəklərimizə qarşılıq verilmir. Bütün qardaşı ölən bacılardan, analardan üzür istəyirəm. Bilirəm mən  tək deyiləm ölum haqqdır!!! Bəzən də haqqsız ölümlər olur. Bəlkə də mən olayları qəbul edə bilmirəm. Vaxtsız, vədəsiz köcub gedənlər məndən də bir parca qopardıb aparırlar. Qardaşlarm İltifat, Akif, İskəndər və Maarif İsmayolov İsmayıl oğlları haqqında danışmaq istəyirəm. Son bizi tərk edən sevimçli qardaşım Maarif 1964-cü il Lənkaran rayonu  Boladı kəndində dunyaya göz açmışdır. l saylı orta məktəbi bitirədən sonra  Bakıda Dənizçilik üzrə indiki Akademik Qafur Məmədov adına  olan Dənizçilik Akademiyasını bitirərək ali təhsil almışdır. O, “Balıqçı Gəmisində”  baş mexanik  vəzifəsində calışıb. 1990-92-ci illərdə ilk dəfə yaxın dostu  Mubariz Mənsimovla  birlikdə türkiyyəyə gedib və orada böyuk gəmilərin birində baş mexanık vəzifəsində calışıb. Rütbə almaqdan ötrü Leninqiradda 2 il oxuyaraq  dənizlçilik təhsilini qiyabi başa vurmuşdu. Xaricdə tez-tez olduğu üçün hər il müxtəlif dil kurslarını bitirirdi. İngilis, rus, fars, azərbaycan və talış dillərini sərbəst danışırdı. Bütün dünyanı dolaşıb gəzmişdi  və hər dəfə Azərbaycana geri dönəndə qazandığlarının yarısini kasıb adamlara kömək edirdi.  O bu xeyrəçiliyi edərək sanki Mübariz qardaşımızın onun  üçün etdiklərini o da bu yolla xalqına edərək cox sağ olunu bildirirdi. Allahı sevən, dininə hörmətlə yanaşan, xəstələrə və  qocalara köməkliklərin əsirgəməyən bir xeyirxah insan idi qardaşım Maarif. 9 mart 2020-ci il tarixində səhər saat 4-də, süb namazı vaxtı yerindən qalxan zaman halı pisləşib və o an insult kecirib. Bakının mərkəzi xəstəxanasında reanimasiya  şöbəsinə yerləşdirildi, vəziyyəti çox ağır idi…

Karantin günləri başlanmışdır vəziyyət getdikcə ağırlaşırdı məmləkətdə. Xəstəxanalar bağlandı. Mart ayının 22-də Maarif qardaşımı artıq evə gətirdik. Evdə müalicəsi davam edirdi. Həkımlər əlindən gələni edirdilər karantindən xəbəri olmayan canım qardaşım Mübariz Mənsimovun tutulmasını eşitdi üç gün ərzində daha da halı pisləşdi,  tez-tez Allah Mübarizə kömək et, Allah Mübarizə kömək et deyərək həyatını itirdi. Yaxşı ailə başçısı, yaxşı qardaş, yaxşı dost, yaxşı insanı itirdik. Onun təşəbbüsü ilə neçə-neçə insanlar həcc ziyyarətlərinə göndərilmişdi. Neçə-neçə mömunləri oxutdurdu, bir  neçə ailələri ayaqda saxlayırdı.  Neçə-neçə insanlar onun ücün dualar oxudu, amma ona heç kim kömək edə bilmədi.

Atam Anam sənin zəhmətinlə həcc ziyarətini qazandılar. Halal et mənim mərhəmətli, xeyirxah, ürəyi hər kəsə çataçaq qədər Allah sevgisiylə dolu olan üç dəfə Həcc ziyarətində olan Həci Maarif qardaşım. Sən hər zaman mənim fəxrim mənim arxam olaraq qalacaqsan. Allah cəmi rəhmətə gedən dörd qardaşlarıma rəhmət etsin. Baçı üçün qardaş nə deməkdir onu qardaşını sevən və qardaş itirən  baçılar bilir. Əziz, cavan, dəyərli, kişi əqidəli qardaşlarını itirmiş  bacınız Xanım.

   MUXTAROVA XANIM

   LƏNKARAN BOLADİ