Dedim: Şəhid olmayana qədər səni tanımırdım.
Dedi: Allah öz sevimli bəndələrini camaatın içində gizlədib.
Dedim: Şəhidliyin bizi üzdü, şəhidim.
Dedi: Siz üzüləsiz deyə yox, ayılasız deyə şəhid oldum.
“Şəhid Mübariz mənə dedi ki” yazısından
Али Акберли
Rüşvət almadan, kirayədə qala-qala döyüşlərdə iştirak edən, öz şəxsi hesabından cəbhədə postlar tikən, sağ ikən adına post olan generaldan danışım sizə.
Bakıya ona verilən xidməti maşınla gəlirdi, maşını nazirliyə təhvil verib, şəxsi işlərinə metro ilə gedən general-mayor Həşimov Poladdır o.
Bu gün şəhid olan General-mayor Polad Həşimov 4 il əvvəl “Aprel döyüşləri”ndə göstərdiyi xüsusi şücaətə görə ordenlə təltif edilmiş və ona dövlət tərəfindən ev verilmişdi.
Polad Həşimov həmin evi ehtiyacı olan bir şəhid ailəsinə bağışlamışdı. Bu cür generallar tək-tük olur, bu gün onu da itirdik. Şanlı generalımızın və bütün şəhidlərimizin qisasını düşməndən almayınca, ugrunda şəhid olduqları vətən torpaqlarını azad etməyənəcən səngərdən çıxmamalıyıq. Biz bü gün bütün azərbaycanlılar milli ordumuzun əsgərləriyik. Qələbə günümüzə dogru, irəli! Eşq olsun Azərbaycan əsgərinə!
Rza Rzayev yazır: 2011-12 ci ildə “N” saylı hərbi hissədə əsgərlik xidmətinə yollandım.
Bizim xidmət elədiyimiz hərbi hissə düşmənlə məsafə baxımından o qədər də uzaq deyildir. Artıq xidmət olaraq altı ayı başa vururduq. Bir gün növbətçi hissənin əsgəri
“Ali təhsillilər ! plasda düzül” çağrışını elan etdi.
Dərhal bütün ali təhsilli olan əsgərlər öz yerlərini tuttular.
Az keçmədi ki,yerişi, duruşu və əsl zabit ciddiyyəti ilə bütün əsgərlərin həqiqi sevgisini qazanmış Komandir önümüzdə dayandı. Bir-bir əsgərlərdən hansı Universiteti bitirdiyini maraqlanırdı. Əsgərlərdən bəziləri Briqadada manqa komandiri(Çavuş) qalmalı idi.
Sıra mənə çatdığı zaman hansı Universiteti bitirdiyimi soruşdu, mən də Baki İslam Universitetini bitirdiyimi söylədiyimdə
Bir neçə saniyə gözlərimin içinə baxaraq sükut etdi.
Daha sonra “Sən də qal,bizim din xadimlərinə də ehtiyacımız var” dedi…
Allah ruhunu şad, Cənnətdə məqamını uca eləsin Generalım !
Biz inanırıq ki, bu millətin vicdanlı, vətəninə,bayrağına bağlı əsl qəhrəman oğulları hələ də var.Onlar bu qanın intiqamını çox ağır alacaqlar.
Musa Nesirli: Allah rəhmət eləsin.Həqiqətəndə dəyərli insan zabit idi
Togrul Malikov: 2010 2011 bizim HH komandirimiz idi. Cox sade vetenperver insan idi. Allah rehmet etsin . Esil doyushchu kimi adina layiq sekilde Veteni ugrunda vefat edib ve shehidliye yukselib.
Фуад Абдулхусейнов: Şəxsən tanıdığım şəxsiyyət idi, eşitdiyim deyil, şahidi olmuşam
Emil Doktor: Mənim də komandirim olub.
Əsl general adına layiq bir insan. Hələ də inanmağım gəlmir.
Niyə məhz bu insan ?
Samir Mahmudov: Qardaş bu insan haqda nə qədər danışsaq azdır Komandirim olub əvəz olunmaz KOMANDİR əvəz olunmaz insan
Vüqar Səfərov: 2008 ci ildə Nasosnuda kamandirim olub Həşimov. Çox sadə və igid oğlan idi.Məkanın behişt olsun canım kamandirim.
Ulvi Agayev: Polad Hewimov menimde kamandirim olub ne desem ne daniwsam o insana bes edmez insan kimi insan zabit kimi zabit olub esgerle hec vaxd aci daniwmazdi her ay posdumuza oz cibinden siqaret pradukt alib ozu wexsen getirirdi sizin kimi insanj kamndiri itirdiy biz Allah sebir vermesin daha bize besdir bu qeder sebir
Elxan Quliyev: 2005 ci ildə bizim biriqadanın qərargah rəisi idi.Əsl vətənpərvər zabit idi.Allah rəhmət eləsin
Ульви Гусейнов: 2010-2011 de bizim de komandirimiz olub.Gozel insan idi. Allah Rehmet Elesin
Aqil Islam: Komandirim, Cənab Generalım, məkanınız cənnət olsun, bir zaman bizim əhvalımızı soruşurdunuz, indi Sizin üçün nekroloqlar yazırıq. Allah bütün şəhidlərimizi rəhmət eləsin. (yazmaq çox ağırdır)
Ferid Elizade: 2009 2011 ci ildə də bizim komandirimiz olub.merd kiwi idi.Allah rəhmət eləsin.
Zaur Rehmanov: Allah rehmet elesin ruhu wad olsun. Yanvarda qebulunda oldum insan neqeder sade semimi olar ele qebul elediki meni sanki qarwindaki dostun taniwindi
Vaqif Shirinzade: Polad Həşimov mənim də h/h komandirim olub. Əsl zabit və əsl komandir idi. Çox böyük zabitimizi itirdik!!! Hələ də inanmağım gəlmir. Ruhu şad olsun.
Fehmin Meherremov: 2011 2012de xidmet elediyim herbi hissenin kamandiri vezifesindeydi.cox gozel zabi eyni zamanda cox gozel insan idi.
Kamran Jalilov: 2010-2011 H/H komandirimiz olub
Hemiwe eskerin qeydine qalan zabit olub
Ruhun Şad Olsun Cenab General
Ilqar Yusifov: 2010 cu ilde men onun surucusu olmuwam.(hh komandiri idi)cox gozel insanidi.cetin gunlerde esgerle beraber iwleyirdi.cox heyf.Inwallah muharibe olar qisasini alariq
Vasif Cemiyev: 2010 aprel prizivi olmuwam Menimde komandirim bele olmali idi Men onun adiyla hemwe fexr elemiwem Allah rehmet elesin Qebri nurla dolsun.
Nihat Tahirbəy: Mənimdə komandirim olub. Onda cavan kapitan idi. Murovda tabor komandiri. Onun yüksək əxlaq nümunələrindən danışmaqla bitməz. Başın sağolsun vətən
Ramazan Səmədov yazır: 2010-2011-ci illərdə komandirim olmuş general-mayor Polad Həşimovun xatirəsinə:
Yanvar ayı idi, qar dizə çatırdı. Hərbi hissəyə çatdım. 2-3 gün sonra komandirim Həşimov məni yanına çağırdı. Dedi ki, nə problemin olsa, heç kəsə yox, birbaşa özümə de. Sənin dostların çoxdur, bilirəm, amma ən yaxın dostun mənəm burada.
Tez-tez çağırırdı yanına. Dərdləşirdik, söhbət eləyirdik. Hər mövzuda. Həqiqətən sözdə yox, əməldə cəsur, vətənini sevən bir insan idi. Əsgərlərin yeməyinə, sağlamlığına fikir verirdi. Tualetimizə kimi öz hesabına təmir elətdirirdi. O vaxtki rəhbərliyin yardımını gözləmirdi.
Briqada qarşısında həmişə mikrofonsuz, əsl natiq kimi danışardı. Ən savadsız insan belə onun nə demək istədiyini anlayırdı. Fikirlərini hərbçilərə rahatlıqla ötürürdü.
Briqadanın həyətində erməni traktoru var idi. Özü şəxsən kəşfiyyatda olanda sürüb gətirmişdi. Traktorun arxa şüşəsində güllə yerləri var idi. Amma ölümdən qorxmadan briqadaya kimi sürmüşdü traktoru. Polad idi axı adı. Polad, güllə keçirməz…
İyun ayında Aztv məndən müsahibə götürməyə gəlmişdi. Məqsəd hərbi xidmətdən yayınıb türməyə gedən bir aktivistə qarşı müsahibə almaq idi. Elə komandirin otağında ikən jurnalistə dedim ki, bunu eləyəsi deyiləm. Komandir məni kazarmaya göndərdi. Jurnalistləri götürüb harasa getdilər. Gecə yarısı növbətçi mənə təcili komandirin yanına getmək göstərişini verdi. Komandir Həşimovla çay içdik, otağında mənə dedi ki, narahat olma, danışdım jurnalistlərlə. Sənə siyasi suallar verilməyəcək. Zarafatca, həm də ciddi şəkildə komandirə qayıtdım ki, sizi efirdə tərifləməyəcəm ha, çünki buna ehtiyacınız yoxdu. Güldü, dedi ki, düz eləyirsən. Ürəyin nə istəyir, o haqda da danış. Sonra məni nümunəvi xidmətə görə 10 günlük məzuniyyətə göndərdi. Tapşırıqsız, tərifsiz.
Qayıdandan sonra Briqada düzülüşü idi. Minlərlə əsgərin qabağında məni çağırdı, dedi ki, doktor (hərbi xidmətə doktoranturanı yarımçıq buraxıb getmişdim, ona görə doktor deyə çağırırdı məni), gedirik posta odun daşımağa. Əsgərlərlə çiyin-çiyinə postlara odun, yemək daşıyırdı Həşimov.
Yanvarın 1-i evə yola düşmək vaxtı çatdı. Özü mənə bir geribilim forması verdi. Dedi, nə düşünürsən, onu da yaz. Problemlərdən danışmağa çəkinmə, təkliflər ver. Yenə zarafatından qalamayaraq əlavə elədi ki, yaz doktor, yaz, bəlkə oxuyan oldu…
İndi isə, bu yazını yazıram. Özü oxumayacaq komandirim. Amma bəlkə başqaları oxudu, qəhrəmanımızın qiymətini öləndən sonra yox, vaxtında verə bildik.
Vüqar Edilov yazır: Əsgərliyimin ilk günləri Ramazan ayına təsadüf etmişdi. 2 gün idi ki gizlincə oruc tuturdum. Namaz qılmağıma icazə alsamda oruc tutmağıma icazə almağa çəkinmişdim, düşünmüşdümki icazə verməzlər.
2 ci gün axşamı təcili olaraq şəxsi heyyəti düzdülər. Bölük kamandirimiz girdi içəri və soruşdu. “İçərinizdə neçə nəfər oruc tutur”?? Heç kim dillənmədi. Əslində məndən başqada oruc tutan yox idi. Yanımdaki əsgər yoldaşım dedi niyə səsini çıxarmırsan? Xahiş etdimki deməsin. O da yazığı gəlmişdi, nə idisə dedi yoldaş kapitan Ədilov orucludur. Məni çıxardı ön cərgəyə dedim indi dişinin dibindən çıxanı deyəcək. Amma əksi oldu. Tağım komandirlərinə tapşırıq verdiki oruc tutan əsgərlər bütün xidmətlərdən ayrılsın.
Təsəvvür edin Ramazan ayı boyunca rahat şəkildə orucumu tutub, namazımı qıldım.
Azərbaycan ordusunda neçə belə hərbi hissə var???
Bəli Cənab Şəhid Polad Həşimovun hərbi hissəsində xidmət etdiyim müddətcə əksər namaz vaxtlarım şəxsi heyyətin düzülüş vaxtı ilə üst-üstə düşürdü. Ancaq heç vaxt buna görə mənə heç bir söz deyilməyib. Sözümün canı, Cənab Şəhidin rəhbərlik etdiyi H/H də bütünlüklə mənəvi ruh yüksəkliyi hökm sürürdü. Allah məqamını uca etsin.
Taleh Mamedov bizə yazır: “Mənimdə briqada komandirim olub. Çox sadə və gözəl insan idi. Briqadanın içində təmir işləri gedəndə əlinə bel götürüb əsgərlərlə bərabər işləyərdi, haqqında ancaq xoş sözlər demək olar. Mənəviyyatlı insan idi, əlində uzun təsbehlə gəzdiyini görmüşəm, zikr edərdi. Allah rəhmət etsin.
Nicat Həşimzadə yazır: Bir gün nazirlikdən yoxlama gəlmişdi. Paltarlarımız çirk içində idi. Su çətinliklə tapılırdı. Qar suyu ilə paltar yuyurduq. Bir polkovnik leytenant bizi danlayırdı. Komandirimiz Polad Həşimov əsəbiləşdi və dedi:
Mənim əsgərimi məndən başqa heç kim danlaya bilməz. Sözünüz varsa mənə deyin. Mənim əsgərlərim paltar yumağa su tapmır. İçməli su gətirmək üçün sinəyə qədər qarı tapdaya-tapdaya 3 km yol gedir, həmin yolu da hər əsgər 30-40litr su ilə geri qayıdır. Mənim əsgərlərim isti kabinetlərdə xidmət etmirlər, cənab polkovnik.
Həbib Axundov yazır: “Mənim komandirim olub. Çox aktiv zabit idi. Əsəgərlər üçün nə lazımdırsa edərdi. Şəxsən mənə hərbi formasını vermişdi. Allah rəhmət eləsin.
Ramazan Səmədov yazır: 2010-2011-ci illərdə komandirim olmuş general-mayor Polad Həşimovun xatirəsinə:
Yanvar ayı idi, qar dizə çatırdı. Hərbi hissəyə çatdım. 2-3 gün sonra komandirim Həşimov məni yanına çağırdı. Dedi ki, nə problemin olsa, heç kəsə yox, birbaşa özümə de. Sənin dostların çoxdur, bilirəm, amma ən yaxın dostun mənəm burada.
Tez-tez çağırırdı yanına. Dərdləşirdik, söhbət eləyirdik. Hər mövzuda. Həqiqətən sözdə yox, əməldə cəsur, vətənini sevən bir insan idi. Əsgərlərin yeməyinə, sağlamlığına fikir verirdi. Tualetimizə kimi öz hesabına təmir elətdirirdi. O vaxtki rəhbərliyin yardımını gözləmirdi.
Briqada qarşısında həmişə mikrofonsuz, əsl natiq kimi danışardı. Ən savadsız insan belə onun nə demək istədiyini anlayırdı. Fikirlərini hərbçilərə rahatlıqla ötürürdü.
Briqadanın həyətində erməni traktoru var idi. Özü şəxsən kəşfiyyatda olanda sürüb gətirmişdi. Traktorun arxa şüşəsində güllə yerləri var idi. Amma ölümdən qorxmadan briqadaya kimi sürmüşdü traktoru. Polad idi axı adı. Polad, güllə keçirməz…
İyun ayında Aztv məndən müsahibə götürməyə gəlmişdi. Məqsəd hərbi xidmətdən yayınıb türməyə gedən bir aktivistə qarşı müsahibə almaq idi. Elə komandirin otağında ikən jurnalistə dedim ki, bunu eləyəsi deyiləm. Komandir məni kazarmaya göndərdi. Jurnalistləri götürüb harasa getdilər. Gecə yarısı növbətçi mənə təcili komandirin yanına getmək göstərişini verdi. Komandir Həşimovla çay içdik, otağında mənə dedi ki, narahat olma, danışdım jurnalistlərlə. Sənə siyasi suallar verilməyəcək. Zarafatca, həm də ciddi şəkildə komandirə qayıtdım ki, sizi efirdə tərifləməyəcəm ha, çünki buna ehtiyacınız yoxdu. Güldü, dedi ki, düz eləyirsən. Ürəyin nə istəyir, o haqda da danış. Sonra məni nümunəvi xidmətə görə 10 günlük məzuniyyətə göndərdi. Tapşırıqsız, tərifsiz.
Qayıdandan sonra Briqada düzülüşü idi. Minlərlə əsgərin qabağında məni çağırdı, dedi ki, doktor (hərbi xidmətə doktoranturanı yarımçıq buraxıb getmişdim, ona görə doktor deyə çağırırdı məni), gedirik posta odun daşımağa. Əsgərlərlə çiyin-çiyinə postlara odun, yemək daşıyırdı Həşimov.
Yanvarın 1-i evə yola düşmək vaxtı çatdı. Özü mənə bir geribilim forması verdi. Dedi, nə düşünürsən, onu da yaz. Problemlərdən danışmağa çəkinmə, təkliflər ver. Yenə zarafatından qalamayaraq əlavə elədi ki, yaz doktor, yaz, bəlkə oxuyan oldu…
İndi isə, bu yazını yazıram. Özü oxumayacaq komandirim. Amma bəlkə başqaları oxudu, qəhrəmanımızın qiymətini öləndən sonra yox, vaxtında verə bildik.
Cavid GS yazır: Kim şəxsi avtomobilini satıb əsgər yeməkxanası tikdirər, kim komandir ola ola şəxsən yol çəkər, kim neytraldan keçmək üçün özünü sürücü üçün sipər edər?! Bu siyahını uzatmaqda olar… Mən başqa belə oğul tanımıram!
Seymur Kazimov yazır: General mayor Polad Həşimov mənim komandirim olub. Mərd zabit idi. Cəsur zabit idi. Əminliklə deyirəm, həm cəmiyyətimiz, həm də ordumuz üçün çox böyük itkidir. Təpədən-dırnağa zabit idi, nizamnamədən kənara çıxmazdı, amma bəzi hallarda əsgərin salamatı üçün güzəştə getməyi də vardı.
Ünsiyyətimiz çox olub, amma 2 dəfə cəzasına da məruz qalmışam- bir dəfə yayın istisində stadionu 10 dairə qaçırtdı mənə, özü də otağının pəncərəsindən seyr edirdi. İkinci dəfə də, hərbi andı 100 dəfə əzbər dedirtdi. Nə deyim, xəta məndə idi, cəzamı çəkməliydim.
2006-cı ilin yay ayı idi, mənim də hərbi xidməti başa vurmağıma günlər qalırdı, axşam yoxlanışında kazarmanın yanından keçəndə nə üçün yatmadığımı soruşdu, mən də futbola baxmaq istədiyimi bildirdim. Apardı məni otağına, birlikdı futbola baxdıq, doğrusu, hansı oyun idi, yadımda qalmayıb.
Hərbi xidməti başa vurduğum gün qərargaha getdim ki, sağollaşam. Bayırda gözləməyimi tapşırdı. 10 dəqiqədən sonra əlində bu xidməti xasiyyətnamə ilə gəldi və mənə uzatdı. Gözucu baxdım, təşəkkür etdim. İstədim əlini sıxam, amma bacarmadım, zabit zəhmi gözlərində idi. Hərbi salam verdim, o da jestimə qarşılıq verdi. Əsgər və zabit kimi sağollaşdıq. Bir daha görüşmədik.
Onun haqqında çox şey danışa, yaza bilərəm. Qalanları məndə qalsın.
2018-ci ildə Talışdakı “Polad postu”nda oldum. Həmin postu 2016-cı ilin aprelində polkovnik Polad Həşimov azad etmişdi və onun şərəfinə adını vermişdilər.
Təşəkkür edirəm, 2006-ci ildəki mayor, 2020-ci ildəki general mayor Həşimov! Allah rəhmət eləsin, qəbrin nurla dolsun, mənim generalım!
P.S Bir müddətdir buraya daxil olmuram, bunu yazandan sonra yenidən gedəcəyəm…. yazmaya, paylaşmaya bilməzdim….
Ramil Jabbarov yazır: Şəhid olan general-mayor Polad Həşimov mənim komandirim idi.
Duruşu ilə, danışığı ilə, peşəkarlığı və Vətənə sevgisi ilə igid kimi igid idi. Elə bir komandirimiz idi ki, hərbi heyət qarşısında çıxış edəndə içimizdəki vətənpərvərlik hissini elə alovlandırırdı ki, əliyalın düşmən üzərinə qaçmağa hazır idik.
Tabura gələndə “ÖNCƏ VƏTƏN!” kəliməsini elə içdən işlətmişdi ki, indiyə qədər səsli xatırlayıram.
Vətən səni heç vaxt unutmayacaq, Cənab Komandir!
Vuqar Haciyev 2009-2010 ci ildə mənimde hərbi hissə komandirim idi, o vaxt palkovnik leytinat idi. Allah rehmət eləsin gözəl şəxsiyyət , gözəl GENİRALMIZA
Elçin Baxşiyev
Şəhid General
Sağlında siz qəhraman idiniz, Sağlığında siz zirvələrdə idiniz və Sağlığnda Allahın uca məqamına çatmışdız. Şəhidlik Polad Həşimov Həzi Aslanov Murad Mirzəyev Samid İmanov Raquf Orucov Fərid Əhmədov Mübariz İbrahimov Çingiz Qurbanov Əliyar Əliyev Fəxrəddin Şahbazov və başqaları kimi Vətənpərvər sağ ikən Şəhid adını qazanan mərd insanlara nəsib olur. Tökülən qanınıza canım fəda olsun.