“Aprel döyüşləri”ndəki (2016) məğlubiyyətlərini, itkilərini həzm edə bilməyən düşmən nəyin bahasına olursa-olsun bunun əvəzini çıxmağa və qazanılacaq kiçik bir uğuru Ermənistan ordusunun “çiçəklənmə dövrü” kimi təqdim etməyə çalışır. Amma onlar Ermənistan ordusunun “çiçəklənmə dövrü”nün 1992-1993-cü illərdə olduğunu görünür unutmuşlar. Daydayları hesabına torpaqlarımızı işğal edən ermənilərin sonuncu “uğuru” 1993-cü ilə təsadüf edir. Artıq zaman o zaman deyil, 1993-cü ildən sonra cəbhədə baş vermiş bütün döyüşlər Azərbaycan Ordusunun qələbəsi ilə başa çatmışdır. 1994-cü il Horadiz əməliyyatı, 2010-cu il Mübariz İbrahimov şücaəti, Aprel döyüşləri, Naxçıvan döyüşləri (2016) Azərbaycan Ordusunun nəyə qadir olduğunu göstərir.
Ermənilər iyulun 13-14-də Tovuz rayonu istiqamətində mövqelərimizi atəşə tutsalar da layiqli cavablarını almışlar. Döyüş zamanı Ordumuz 11 nəfər şəhid vermişdir. Şəhid olanlar sırasında 1 polkovnik (İlqar Mirzəyev) və 1 general-mayor (Polad Həşimov) da vardır. Tovuz döyüşləri Azərbaycan Ordusunun necə güclü olduğunu, döyüş zamanı sıravi əsgərlə böyük rütbəli zabit – polkovnik, general arasında fərqin olmadığını göstərdi. Yəni Azərbaycan polkovniki, generalı döyüş zamanı əsgər arxasında, səngərdə gizlənmir, onlar da əldə silah əsgərlə birlikdə düşmənə qarşı döyüşürlər.Bu artıq bizim üçün qürur yeridir. Eşq olsun AZƏRBAYCAN ORDUSUNA!
Allah şəhidlərimizə rəhmət eləsin. Şəhidlərimizin ruhu qarşısında baş əyirik.

  1. İldırım Şükürzadə

Lənkaran rayonunun havzava kəndi

tam orta məktəbinin məllimi,

tədqiqatçı-tarixçi